Anbarın idarə edilməsi: Avtomobil ehtiyat hissələrinin, texniki vasitələrin və kimyəvi məhsulların anbar daxilində nizamlı, düzgün qruplaşdırılmış və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək;
Giriş-çıxışa nəzarət: Anbara daxil olan və çıxan bütün malların say, keyfiyyət və sənədləşmə baxımından uyğunluğunu rəsmi qaydada yoxlamaq;
Kimyəvi maddələrlə iş: Kimyəvi tərkibli məhsulların xüsusi saxlanma şərtlərinə, temperatur rejiminə və yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət olunmasına nəzarət etmək;
Uçot və hesabatlılıq: Anbardakı materialların mütəmadi inventarizasiyasını aparmaq, proqram təminatı (1C və ya analoji sistemlər) vasitəsilə qeydiyyatı icra etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
Təhlükəsizlik: Anbar ərazisində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya-gigiyena normalarına tam əməl olunmasını təşkil etmək.