Sterilizasiya və Dezinfeksiya üzrə Satış Nümayəndəsi

Bakı
Tam ştat
20
0
Satış üzrə mütəxəssis
1 ildən aşağı
500 - 700 ₼
İşin Təsviri
FACET MMC tibb müəssisələrində infeksiyaya nəzarət, sterilizasiya, dezinfeksiya və antiseptika istiqamətində ixtisaslaşmış, peşəkar həllər təklif edən bir şirkətdir.

Sterilizasiya proseslərində praktik təcrübəsi olan və bu sahəyə dərindən bələd olan tibb bacılarını satış komandamızda görməkdən məmnunuq. Tibbi bilik və bacarıqlarınızı satış sahəsində tətbiq edərək, karyeranızı inkişaf etdirmək və daha yüksək gəlir əldə etmək üçün bizə qoşulun.

İş qrafiki: Tam iş günü, həftədə 5 iş günü
İş yeri: Bakı şəhəri

Müraciət qaydası

Maraqlanan şəxslər öz CV-lərini göndərə və ya aşağıdakı nömrə ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər:

+994 55 299 59 01
Öhdəliklər
Dezinfeksiya və sterilizasiya vasitələrinin nümayişi və satış prosesinin həyata keçirilməsi
Xəstəxanalar, klinikalar və digər tibb müəssisələri ilə işgüzar əlaqələrin yaradılması
Müştərilərin tələbatının dəqiq qiymətləndirilməsi və onlara effektiv həll yollarının təqdim edilməsi
Təklif olunan məhsulların tətbiq qaydaları və istifadəsi barədə mütəxəssis səviyyəsində məlumatın verilməsi
Müştəri portfelinin genişləndirilməsi və yeni potensial müştərilərin biznesə cəlb olunması
Satış hədəflərinə çatmaq üçün fəaliyyət göstərilməsi və mütəmadi olaraq hesabatların tərtib edilməsi
Tələblər
Sterilizasiya istiqaməti üzrə ən azı 6 aylıq iş təcrübəsi
Sterilizasiya prosedurları və tibbi alətlərin emalı qaydaları ilə bağlı praktiki biliklər
Tibb bacısı ixtisası və ya səhiyyə sahəsi üzrə müvafiq təhsil
Aktivlik, yüksək məsuliyyət hissi və nəticəyə köklənmə bacarığı
Effektiv ünsiyyət və təqdimat qabiliyyəti
Satış sahəsində peşəkar inkişafa maraq
Komanda daxilində səmərəli işləmək bacarığı

Üstünlük veriləcək amillər:
Sürücülük vəsiqəsinin olması
Dezinfeksiya və sterilizasiya sahəsində əlavə təcrübə
Satış sahəsində öncədən əldə olunmuş iş təcrübəsi
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış nümayəndəsi
Bakı
Tam ştat
Satış nümayəndəsi
Bakı
Tam ştat
Satış təmsilçisi
İmişli
Tam ştat
Satış təmsilçisi
Bakı
SVG
SVG
SVG