Korporativ satış üzrə mütəxəssis

Bakı
Tam ştat
4
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
600 - 1 000 ₼
İşin Təsviri
Təhsil: Ali təhsil
İş təcrübəsi: Müştəri xidmətləri və ya satış sahəsində, xüsusilə bank və sığorta sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir
Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (yaxşı), İngilis dili (üstünlükdür)

İş şərtləri:
Rəsmi əmək müqaviləsi əsasında işlə təminat
İş qrafiki: 5 günlük (həftəsonu, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş saatları: I-IV günlər 09:00-18:00, V gün 09:00-17:00
Şirkət tərəfindən korporativ nömrə və telefonla təchizat
Görüşlər üçün sürücü və avtomobil xidmətinin təqdim edilməsi
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir
Bonus sistemi və rüblük motivasiya ödənişləri

Əlaqə:
Baş ofis
Bakı şəhəri, AZ1110, Nəsib bəy Yusifbəyli küçəsi 75B
Tel/Faks: 940
(+994 12) 497-81-82
E-mail: [email protected]
Öhdəliklər
Potensial korporativ müştərilərin müəyyən edilməsi və onlarla işgüzar görüşlərin təşkil olunması;
Müştərilərin ehtiyaclarını analiz edərək onlara ən münasib sığorta həllərinin təqdim edilməsi;
Sığorta şərtləri və qaydaları barədə müştərilərin tam məlumatlandırılmasına dəstək göstərilməsi;
Satış hədəflərinə və müəyyən edilmiş plan göstəricilərinə vaxtında çatılması;
Müştəri bazasının mütəmadi olaraq yenilənməsi və məlumatların uçotunun aparılması;
Struktur bölmənin rəhbəri tərəfindən verilən cari tapşırıqların operativ şəkildə yerinə yetirilməsi.
Tələblər
Müxtəlif dünyagörüşünə və düşüncə tərzinə sahib şəxslərlə səmərəli ünsiyyət qura bilmək bacarığı
Düşüncələrini dolğun, qısa və özünəəmin şəkildə ifadə etmə qabiliyyəti
İnsanları öz ünsiyyət tərzi ilə cəlb etmək və onlara təsir göstərmək bacarığı
Daimi şəkildə yeni bilik və bacarıqlara yiyələnmək istəyi və həvəsi
Komanda daxilində işləmək üçün yeni mühitə və kollektivə çevik uyğunlaşma bacarığı
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG