Rinoks MMC restoranlar, hotellər, peşəkar mətbəx və çamaşırxana sistemləri, habelə müxtəlif kommersiya obyektləri üçün lazımi avadanlıqların, inventarların istehsalı və təchizatı istiqamətində ixtisaslaşmışdır.
Şirkətimiz Satınalma üzrə Mütəxəssis vəzifəsinə peşəkar, məsuliyyətli və təşəbbüskar namizədləri dəvət edir. Yeni əməkdaşdan gözlənilən əsas öhdəliklər aşağıdakılardır: restoran, hotel, peşəkar mətbəx və çamaşırxana avadanlıqları, habelə qab-qacaq, mebel, inventar və ehtiyat hissələri üzrə bazar təhlilini aparmaq, etibarlı təchizatçı bazasını formalaşdırmaq və satınalma proseslərini ən sərfəli şərtlər və qiymətlərlə icra etmək.
Analitik təfəkkürə sahib, danışıqlar prosesini uğurla idarə edə bilən və satınalma sahəsində zəngin təcrübəsi olan namizədləri komandamızın bir hissəsi olmağa dəvət edirik.