Korporativ Satış Mütəxəssisi

Bakı
Tam ştat
17
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
800 ₼
İşin Təsviri
Safe Protection MMC korporativ satış sahəsində peşəkar təcrübəyə malik Korporativ Satış Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

İş rejimi və şərtləri:

İş qrafiki: Həftə içi 09:00 - 18:00, şənbə günü isə 10:00 - 14:00.

Əmək haqqı: 800 AZN + satışdan əldə olunan 2% bonus.

Şirkət tərəfindən karyera yüksəlişi və peşəkar inkişaf imkanları təmin edilir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Korporativ Satış Mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Safe Protection MMC
Öhdəliklər
- Yeni korporativ müştərilərin cəlb edilməsi üçün fəal axtarış və biznes əlaqələrinin qurulması, potensial müştəri bazasının daim genişləndirilməsi

- Müştərilərlə peşəkar işgüzar əlaqələrin formalaşdırılması, şirkətin məhsulları barədə ətraflı məlumatın çatdırılması və satış prosesinə tam nəzarət

- Satış təqdimatlarının hazırlanması, müştərilərlə görüşlərin təşkil olunması və demo nümayişlərin keçirilməsi

- Qiymət təkliflərinin tərtibi və müqavilə şərtlərinin qarşılıqlı razılaşdırılması

- Satış planının yüksək səviyyədə icrası, qarşıya qoyulmuş aylıq və rüblük hədəflərə çatılması

- Bazarın təhlil edilməsi və rəqib şirkətlərin fəaliyyət dairəsinin izlənilməsi

- Müştəri meyillərinin və bazar trendlərinin analiz edilərək, satış strategiyasının təkmilləşdirilməsinə töhfə verilməsi

- Müştərilərdən daxil olan sorğuların cavablandırılması və yaranan problemlərin operativ qaydada həll edilməsi

- Müştərilərlə mütəmadi əlaqənin saxlanılması və uzunmüddətli, səmərəli əməkdaşlıq mühitinin yaradılması
Tələblər
- B2B (korporativ) satış istiqaməti üzrə minimum 1-3 il peşəkar iş təcrübəsi
- Yüksək səviyyədə ünsiyyət qurma, təqdimat etmə və qarşı tərəfi inandırma qabiliyyəti
- İşdə aktivlik, təşəbbüskarlıq və nəticəyə fokuslanma bacarığı
- Komanda daxilində səmərəli əməkdaşlıq etmək bacarığı
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG