SMM Meneceri / Kontent Kreatoru

Bakı
Tam ştat
3
0
Kopiraytinq və məzmun
1 ildən 3 ilə qədər
600 - 800 ₼
İşin Təsviri
SMM Meneceri və Kontent Yaradıcısı

Vəzifə təsviri

Şirkət haqqında

İdman qidaları və şirniyyat məhsullarının satışı üzrə ixtisaslaşan mağazamıza yaradıcı, işinə məsuliyyətlə yanaşan və effektiv nəticələr əldə etməyi hədəfləyən peşəkar SMM mütəxəssisi tələb olunur.

İş rejimi və şərtlər

- İş saatları: Həftənin 5 günü, 10:00-dan 18:00-dək
- Əmək haqqı: 600-800 AZN
- Göstərilən nəticələrə əsasən əmək haqqının artırılması imkanı

Namizədlərin video montaj və kontent istehsalı üzrə bacarıqları işə qəbul prosesində praktiki tapşırıqlar vasitəsilə qiymətləndiriləcəkdir. Yalnız öz işində peşəkar olan, yüksək məsuliyyət və işləmək həvəsi nümayiş etdirən namizədlərə üstünlük veriləcək.

Müraciət qaydası

CV və görülmüş işlərdən ibarət portfolionuzu vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş olunur.

Qeyd: Portfoliousunu təqdim etməyən namizədlərin müraciətləri dəyərləndirilməyəcəkdir.
Öhdəliklər
- Sosial media platformalarının peşəkar səviyyədə idarə edilməsi
- Kontent planının tərtib olunması və icra edilməsi
- Reels, video və foto materialların çəkilişi və rəqəmsal formata uyğun hazırlanması
- Reklam kampaniyalarının planlaşdırılması və yayımı
- Video montaj proseslərinin həyata keçirilməsi
- İş günü ərzində ofis və mağaza arasında dinamik iş rejimində fəaliyyət göstərmək
- Marketinq strategiyalarının tətbiqi və bu istiqamətdəki layihələrdə yaxından iştirak etmək
Tələblər
* Xanım namizədlər
* Yaş həddi: 23–35
* Azərbaycan dilində mükəmməl şifahi ünsiyyət
* Rus dili biliyi üstünlük kimi qiymətləndirilir
* Mobiloqrafiya və "reels" kontentlərin hazırlanması üzrə iş təcrübəsi
* Video montaj proqramlarında sərbəst işləmək bacarığı
* Kreativ düşünmə və operativ iş rejimində çalışmaq qabiliyyəti
* Sosial media trendlərini daim izləmək və onları praktikada tətbiq etmək bacarığı

Diqqətinizə çatdırırıq: Bu vakansiya yalnız peşəkar kontent istehsalı üzrə təcrübəsi olan namizədlər üçün nəzərdə tutulub.

Müraciət etməyin:
* "Reels" hazırlama qaydalarına bələd olmayanlar,
* Mobiloqrafiya sahəsində təcrübəsi olmayanlar,
* Video montaj bacarıqları qeyri-kafi olanlar,
* Titr, başlıq, keçid, effekt və digər montaj elementlərini tətbiq edə bilməyənlər,
* Yalnız hazır şablonlarla işləməklə kifayətlənənlər.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
SMM və Kontent Menecer
Bakı
Tam ştat
SMM və Kontent Menecer
Sumqayıt
Tam ştat
SMM/Content Creator
Bakı
Tam ştat
SMM menecer
Bakı
Tam ştat
SMM menecer
Bakı
SVG
SVG
SVG