- Forklift, tikinti texnikaları və yükqaldırma avadanlıqları üçün ehtiyat hissələrinin qəbulunu və uçotunu aparmaq;
- Anbara daxil olan məhsulların sənədlərə uyğunluğunu yoxlamaq;
- Ehtiyat hissələrinin düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək;
- Servis şöbəsindən daxil olan sifarişlərin vaxtında hazırlanmasını təşkil etmək;
- Satış şöbəsi ilə koordinasiyalı işləyərək ehtiyat hissələrinin operativ təqdim edilməsini təmin etmək;
- Stok qalıqlarına gündəlik nəzarət etmək;
- Minimum ehtiyat səviyyələrini izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- İnventarizasiya proseslərini təşkil etmək və nəticələrini hesabatlaşdırmaq;
- Mikro sistemində anbar əməliyyatlarını həyata keçirmək;
- Ehtiyat hissələri üzrə aylıq hesabatlar hazırlamaq.