İş yeri: Ofis daxili, tam ştatlı iş rejimi
İş qrafiki: Həftə içi 5 gün (Bazar ertəsi – Cümə), saat 10:00-dan 19:00-dək
Nahar fasiləsi: 1 saat
Əmək haqqı: Sabit əmək haqqı sistemi ilə yanaşı, hər uğurlu viza müraciətinə görə bonus və fərdi iş göstəricilərinə əsasən maaş artımı imkanı
Viza və miqrasiya sahəsində ixtisaslaşan komandamız üçün yeni komanda üzvü axtarışındayıq. İşin əsas istiqaməti Almaniya iş vizaları olsa da, Almaniya ilə bağlı digər viza kateqoriyaları üzrə müraciətlərin tam şəkildə hazırlanması və prosesin idarə edilməsi də vəzifə öhdəliklərinə daxildir.
Əgər bu vakansiyanın tələblərinə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi bizə göndərərək peşəkar heyətimizə qoşula bilərsiniz.
E-poçt ünvanı:
[email protected]
Məsuliyyətli, detallara qarşı diqqətli və insanlarla ünsiyyətdə bacarıqlı olan namizədləri komandamızda görməkdən məmnunluq duyarıq.