Kosmetoloq

Bakı
Tam ştat
15
0
Kosmetoloq
1 ildən 3 ilə qədər
1 000 - 2 000 ₼
İşin Təsviri
Vakansiya: Həkim-kosmetoloq

Bakıda lazer dermatologiyası və kosmetologiya sektorunun aparıcı mərkəzlərindən biri olan, eyni zamanda Alma Lasers-in rəsmi klinik mərkəzi kimi fəaliyyət göstərən Paramed Laser Clinic komandasına qoşulacaq peşəkar həkim-kosmetoloqlar axtarır.

• Əməkhaqqı: Yüksək və rəqabətədavamlı (sabit maaş + faiz sistemi, aylıq gəlir 1000-2000 AZN aralığında)

• İş rejimi: Həftə içi 5 gün, saat 10:00 – 19:00 arası

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
Lazer epilyasiyası — Soprano ICE, Soprano Accord, Soprano Platinum və Soprano Titanium cihazları vasitəsilə qadın və kişilər üçün lazer epilyasiyası xidmətləri. Müxtəlif dəri fototiplərinə uyğun işləmə bacarığı, həssas zonalar və geniş bədən nahiyələrində prosedurun təhlükəsiz və komfortlu şəkildə həyata keçirilməsi üçün fərdi parametrlərin tənzimlənməsi.

Lazer və aparat kosmetologiyası — Harmony XL Pro və Pixel CO2 texnologiyalarından istifadə etməklə xoşxassəli dəri törəmələrinin (papilloma, ziyil və s.) təmizlənməsi. Piqmentasiya və damar patologiyalarının, postakne izlərinin, çapıqların müalicəsi. Lazer cavanlaşdırma, dərinin teksturasının, sıxlığının və ümumi keyfiyyətinin bərpası.

Bədən korreksiyası və sellülitlə mübarizə — Accent Prime və Accent UltraSpeed aparatları ilə bədən konturlarının formalaşdırılması. Sellülit əlamətlərinin korreksiyası, dərinin tonusunun və elastikliyinin artırılması, həmçinin lokal piylənmə problemlərinin aradan qaldırılması.

İnyeksion və estetik kosmetologiya — Fillerlərlə kontur plastika, botulinoterapiya, mezoterapiya və biorevitalizasiya prosedurları. Dərinin bərpası, nəmləndirilməsi və cavanlaşdırılması məqsədilə pasiyentin yaşı, dərinin vəziyyəti və fərdi tələbatları əsasında estetik protokolların tərtib olunması.
Tələblər
- Ali tibb təhsili
- İnyeksion və ya lazer kosmetologiyası sahəsində ixtisaslaşdırılmış kurs və təlimlərin olması əlavə üstünlükdür
- İşinə qarşı məsuliyyətli, səliqəli və daim peşəkar inkişafa meyilli olmaq
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Təmizlikçi
Bakı
Tam ştat
Təmizlik işçisi
Bakı
Tam ştat
Təmizlik işçisi
Bakı
SVG
SVG
SVG