Senior System Administrator

Bakı
Tam ştat
280
0
Sistem idarəetməsi
1 ildən 3 ilə qədər
1 800 - 2 000 ₼
İşin Təsviri
Server və şəbəkə infrastrukturunun yüksək əlçatanlıq (High Availability) və fasiləsiz fəaliyyətinin təmin edilməsi;

 

Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky Linux və s.) mühitlərinin qurulması, konfiqurasiyası, administrasiyası və optimallaşdırılması;

 

Active Directory infrastrukturu (AD DS, DNS, DHCP, Group Policy, OU strukturu, DFS və s.) üzrə idarəetmə və inkişaf işlərinin həyata keçirilməsi;

 

VMware vSphere (ESXi, vCenter) və ya Hyper-V virtualizasiya mühitlərinin idarə olunması, performansın optimallaşdırılması və kapasite planlamasının aparılması;

 

Backup, Disaster Recovery (DR) və Business Continuity həllərinin hazırlanması, tətbiqi və mütəmadi testlərinin keçirilməsi;

 

Şirkətin informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi, təhlükəsizlik boşluqlarının aradan qaldırılması və Patch Management proseslərinin idarə olunması;

 

Firewall, VPN, VLAN və digər şəbəkə təhlükəsizliyi həllərinin idarə olunması;

SAN/NAS storage sistemlərinin idarə olunması, LUN və storage resurslarının optimallaşdırılması;

 

Microsoft Exchange və Microsoft 365 xidmətlərinin administrasiyası;

 

Monitorinq və loglama sistemlərinin (Zabbix, PRTG və s.) qurulması, inkişaf etdirilməsi və idarə olunması;

 

Kritik insidentlərin araşdırılması, Root Cause Analysis (RCA) aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması;

Yeni infrastruktur layihələrinin planlaşdırılması, tətbiqi və texniki rəhbərliyinin həyata keçirilməsi;

 

Sistem və şəbəkə arxitekturasının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və icrası;

 

İT aktivlərinin inventarizasiyasının və texniki sənədləşmənin aparılması;

 

Junior və Middle səviyyəli sistem administratorlarına texniki dəstək və mentorluğun göstərilməsi;

 

Gündəlik, həftəlik və aylıq texniki hesabatların hazırlanması.

 

Uyğun namizədlər CV-lərini və ya əlaqə məlumatlarını [email protected] mail unvanına təqdim edə bilərlər.

 
Öhdəliklər
İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;

 

Sistem administrasiyası sahəsində minimum 5 il iş təcrübəsi;

 

Windows Server və Linux server mühitlərinin inzibatçılığı üzrə güclü nəzəri və praktiki biliklər;

 

Active Directory, DNS, DHCP, Group Policy, DFS və File Services üzrə dərin təcrübə;

 

VMware vSphere (ESXi, vCenter) və ya Microsoft Hyper-V üzrə praktiki təcrübə;

 

Backup və Disaster Recovery həlləri (Veeam, Acronis və ya oxşar məhsullar) üzrə təcrübə;

 

TCP/IP, Routing, VLAN, Subnetting, NAT, VPN və Firewall texnologiyaları üzrə biliklər;

 

Fortigate, Sophos, Palo Alto və ya oxşar firewall həlləri ilə iş təcrübəsi;

 

Microsoft Exchange və Microsoft 365 xidmətlərinin idarə olunması üzrə təcrübə;

 

Zabbix, PRTG və ya digər monitorinq sistemləri üzrə təcrübə;

 

SAN/NAS storage sistemləri və storage idarəçiliyi üzrə biliklər;

 

PowerShell, Bash və ya digər skript dilləri ilə avtomatlaşdırma təcrübəsi üstünlükdür;

 

Virtualizasiya, təhlükəsizlik və bulud texnologiyaları üzrə sertifikatların (MCSA/MCSE, VMware VCP, Azure Administrator və s.) olması üstünlükdür;

 

Problemlərin analitik həlli, qərarvermə və komanda ilə işləmək bacarığı.

 
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Sistem operatoru
Bakı
Tam ştat
Texniki şöbə müdiri
Xocavənd
SVG
SVG
SVG