Namizəd üçün tələblər:
25-35 yaş aralığı;
Anbardar və ya anbar təsərrüfatı üzrə rəhbər vəzifələrdə ən azı 2 illik iş təcrübəsi;
1C proqram təminatından sərbəst şəkildə istifadə etmək bacarığı;
Yüksək diqqətcillik, məsuliyyət və iş intizamı;
Analitik düşünmə tərzi və qərar qəbuletmə qabiliyyəti;
Təşəbbüskarlıq və yeniliklərə açıq yanaşma;
Məsuliyyətli olmaq və nəticəyə köklənmək bacarığı;
Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları;
Şirkətin maraqlarını prioritet hesab edərək korporativ inkişafa dəstək vermək düşüncəsi;
Anbar idarəetməsi, məhsulların dövriyyəsi və inventarlaşdırma prosesləri haqqında dərin biliklər.
Bizim üçün ideal namizəd:
Axtardığımız namizəd yalnız məhsul hesabatı aparan şəxs deyil, anbarı özününkü kimi idarə edən, bütün prosesləri nəzarətdə saxlayan, yarana biləcək problemləri əvvəlcədən təxmin edib həlli üçün təkliflər verən və şirkətin uğurlarına birbaşa töhfə verən bir mütəxəssisdir.
Namizəd işinə sahib çıxan, sistemli iş qabiliyyətinə malik, etibarlı və yüksək məsuliyyətli olmalıdır.