2008-ci ildən etibarən landşaft dizaynı sahəsində xidmət göstərən şirkətimiz ofis daxilində layihələndirmə işlərini həyata keçirəcək Landşaft Dizayneri vakansiyasını elan edir.
Namizəddən müştəri tələblərinin dəqiq qeydə alınması və tapşırıqların vaxtında, keyfiyyətlə icra edilməsi tələb olunur.
İş rejimi ofis mərkəzlidir, lakin zərurət yarandıqda ölçü işlərinin aparılması üçün sahəyə baxış keçirilməsi nəzərdə tutulur.
İş yeri Mərdəkan şossesi, Binə atçılıq mərkəzinin girişi yaxınlığında yerləşir.
Qeyd olunan əmək haqqı simvolik xarakter daşıyır; təhvil verilən layihələrə əsasən əlavə aylıq bonuslar tətbiq edilir.
Ətraflı məlumat və müsahibə üçün uyğun namizədlərlə ofisdə görüş təşkil olunacaq.