- Tikinti layihələrinin texniki tənzimlənməsi və əlaqələndirilməsinin həyata keçirilməsi
- Layihə-smeta sənədlərinin tərtibi, yoxlanılması və müvafiq təhlillərin aparılması
- Tamamlanmış tikinti obyektləri üzrə xərclərin silinməsi üçün zəruri sənədlərin mühasibatlıq şöbəsinə təhvil verilməsi
- Tikinti sahəsindən daxil olan cari texniki hesabatların (gündəlik və həftəlik) toplanması, təhlili və rəhbərliyə çatdırılması
- Forma 2, Forma 3 və M-29 hesabatlarının hazırlanması və dəqiqliyinin yoxlanılması
- Podratçı və subpodratçı şirkətlərin təqdim etdiyi sənədlərin texniki ekspertizadan keçirilməsi
- Tikinti prosesinin layihəyə, mövcud norma və texniki standartlara uyğunluğuna nəzarət edilməsi
- İş planının hazırlanması, layihələrin büdcə limitləri daxilində və keyfiyyət tələblərinə cavab verəcək şəkildə icrasına nəzarət
- Çertyoj və layihələri oxumaq, zərurət olduqda müvafiq düzəlişlər etmək bacarığı
- Tikinti meydançası və ofis arasında texniki kommunikasiyanın təmin edilməsi
- Tikinti norma və qaydalarının (SNİP) bilikləri
- Layihə-smeta sənədlərinin peşəkar səviyyədə təhlili
- Texniki sənədləşmə işlərinin aparılması və rəsmi yazışmaların icrası
- Tikinti materialları və xərclərin qiymətləndirilməsi prinsipləri
- Tikinti texnologiyaları və işlərin səmərəli təşkili
Proqram bilikləri:
- AutoCAD — mükəmməl səviyyədə
- MS Excel — mükəmməl səviyyədə