Məktəbəqədər Hazırlıq Müəllimi (Rus Bölməsi)

Xırdalan
Tam ştat
1
0
Digər (İT)
1 ildən 3 ilə qədər
550 - 650 ₼
İşin Təsviri
Vəzifə: Məktəbəqədər hazırlıq müəllimi (rus bölməsi)

Məktəbəqədər yaşlı uşaqlarla işləmək üçün məsuliyyətli, yaradıcı və uşaqları sevən pedaqoqu komandamıza dəvət edirik.

Peşəsini sevən, enerjili və işinə həvəslə yanaşan müəllimlərlə əməkdaşlıq etməkdən məmnun olarıq.

Əlaqə (WhatsApp): 055 812 12 14

CV-lərinizi qeyd olunan WhatsApp nömrəsinə göndərə bilərsiniz.
Öhdəliklər
- Məktəbəqədər hazırlıq dərslərinin təşkili və keçirilməsi;

- Uşaqların inkişaf səviyyəsinin qiymətləndirilməsi və onlara pedaqoji dəstəyin göstərilməsi;

- Tədris prosesi üçün zəruri olan materialların hazırlanması;

- Valideynlərlə mütəmadi əlaqənin saxlanılması və məlumatlandırılması;

- Müsbət və xoş təlim mühitinin formalaşdırılması.
Tələblər
Məktəbəqədər təhsil, pedaqogika və ya müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsili;

Rus dilində sərbəst danışıq qabiliyyəti;

Uşaqlara sevgi, səbirli və mehriban yanaşma tərzi;

İnkişafetdirici məşğələlərin planlaşdırılması və təşkili bacarığı;

Tədris oyunları və yaradıcı tədbirlərin təşkil olunması üzrə təcrübə;

Məsuliyyət, punktuallıq və yüksək təşkilatçılıq qabiliyyəti;

Müvafiq sahə üzrə 1 il və daha çox iş təcrübəsi üstünlük hesab olunur.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG