Texniki Servis Üzrə Mütəxəssis

Bakı
Tam ştat
52
0
Digər
1 ildən 3 ilə qədər
500 ₼
İşin Təsviri
Almaniyanın nüfuzlu brendlərindən olan Aura GMBH-ın Azərbaycandakı rəsmi distribütoru “Aura Məişət Texnikası MMC” komandasını genişləndirmək məqsədilə Texniki Servis üzrə Mütəxəssis vakansiyasını elan edir.

İş şərtləri və təklif etdiyimiz imkanlar:

Görülən işin həcminə uyğun ödəniş sistemi (minimum əməkhaqqı + bonuslar) və işin səmərəliliyindən asılı olaraq gəliri limitsiz artırmaq şansı

Rəsmi əmək müqaviləsi ilə işlə təminat

Şirkət hesabına nahar verilməsi

İşin incəliklərinin tam şəkildə öyrədilməsi (təcrübəsi olmayan namizədlər üçün ödənişsiz təlimlər təşkil olunur)

Karyera və peşəkar inkişaf perspektivləri (Baş texnik və ya rəhbər vəzifələrə yüksəlmə şansı)

Aktiv və dinamik iş atmosferi

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV sənədlərini PDF formatında və e-poçtun mövzu yerinə “Texniki Servis Üzrə Mütəxəssis” yazaraq elektron ünvanımıza göndərmələri xahiş olunur.
Öhdəliklər
Mövcud müştərilərə yüksək səviyyəli servis xidmətinin göstərilməsi.

Servis mərkəzinə daxil olan müasir avadanlıqların diaqnostika prosesinin həyata keçirilməsi.

Nasaz hissələrin təmir edilməsi və cihazların tam işlək vəziyyətə gətirilməsi.

Şirkətin xidmət standartlarına riayət etməklə yüksək müştəri məmnuniyyətinin təmin olunması (bu istiqamətdə bütün zəruri şərait şirkət tərəfindən yaradılır).

Müştəri məmnuniyyətinin qorunması və ortaya çıxan texniki problemlərin operativ qaydada aradan qaldırılması.

Gündəlik iş prosesi haqqında rəhbərliyə müvafiq hesabatların təqdim olunması.
Tələblər
Texniki sahəyə yüksək maraq və daim öyrənməyə meyllilik

Elektrik və ya mexaniki avadanlıqlarla bağlı baza biliklərinin olması üstünlükdür

Müştərilərlə səmərəli ünsiyyət qurmaq bacarığı, xoşrəftarlıq və səliqəli xarici görünüş

İşində məsuliyyətli, dəqiq və yüksək nizam-intizamlı olmaq
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG