B2B Satış Meneceri

Bakı
Tam ştat
1
0
Satış və Ticarət
1 ildən 3 ilə qədər
1 000 ₼
İşin Təsviri
Digital Classifieds şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az. Tap.az Azərbaycanda alqı-satqı üçün aparıcı onlayn platformadır və aylıq təxminən 2.0 milyon istifadəçiyə çatır. B2B istiqamətimizi böyütdüyümüz üçün komandamıza nəticəyönümlü B2B Satış Meneceri axtarırıq. Sizdən nə gözləyirik: • B2B xidmətlərinin satışı: rəqəmsal məhsullar, reklam, analitika; • SME və SoHo seqmentlərində satış “qıf”ının qurulması və idarə edilməsi; • Yeni müştərilərin cəlbi və mövcud tərəfdaşlarla satışların artırılması (upsell/cross-sell); • Orta müqavilə məbləğinin yüksəldilməsi və satış hədəflərinə çatmaq; • Müştəri rəylərini toplamaq və məhsulun inkişafına töhfə vermək. Biz nə təklif edirik: • Sabit əmək haqqı: 1,000 AZN net; • Limitsiz bonus sistemi (nəticəyə görə); • İş yeri və avadanlıq təminatı; • Onboarding proqramı və mentor dəstəyi; • Sınaq müddətindən sonra tibbi sığorta və əməkdaşın effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi; • Bakı ofisində parkinq yeri. Tələblər: • Təsdiqlənmiş B2B satış təcrübəsi (rəqəmsal/SaaS/reklam üstünlükdür); • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları; • CRM və satış “pipeline” idarəetməsi bacarıqları; • Ali təhsil (bakalavr) — mütləqdir; • Rus dili — üstünlükdür; • Digər dillər — üstünlükdür; • Proaktiv yanaşma və uzunmüddətli müştəri münasibətlərinə fokus. Namizədlərdən CV-lərini 12 Aprel 2026-ci il tarixindən gec olmayaraq hr@digit.az elektron poçt ünvanına “B2B Sales tap.az” başlığı ilə göndərmələrini xahiş edirik. Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaq.
Öhdəliklər
Müştərinin ehtiyacına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək

Mağaza menecerinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək

Müştəri sorğularını cavablamaq və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək.
Oxşar vakansiyalar
Tam ştat
B2B satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı