Digital Classifieds şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az.
Tap.az Azərbaycanda alqı-satqı üçün aparıcı onlayn platformadır və aylıq təxminən 2.0 milyon istifadəçiyə çatır. B2B istiqamətimizi böyütdüyümüz üçün komandamıza nəticəyönümlü B2B Satış Meneceri axtarırıq.
Sizdən nə gözləyirik:
• B2B xidmətlərinin satışı: rəqəmsal məhsullar, reklam, analitika;
• SME və SoHo seqmentlərində satış “qıf”ının qurulması və idarə edilməsi;
• Yeni müştərilərin cəlbi və mövcud tərəfdaşlarla satışların artırılması
(upsell/cross-sell);
• Orta müqavilə məbləğinin yüksəldilməsi və satış hədəflərinə çatmaq;
• Müştəri rəylərini toplamaq və məhsulun inkişafına töhfə vermək.
Biz nə təklif edirik:
• Sabit əmək haqqı: 1,000 AZN net;
• Limitsiz bonus sistemi (nəticəyə görə);
• İş yeri və avadanlıq təminatı;
• Onboarding proqramı və mentor dəstəyi;
• Sınaq müddətindən sonra tibbi sığorta və əməkdaşın effektivlik göstəricilərinə
(KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi;
• Bakı ofisində parkinq yeri.
Tələblər:
• Təsdiqlənmiş B2B satış təcrübəsi (rəqəmsal/SaaS/reklam üstünlükdür);
• Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları;
• CRM və satış “pipeline” idarəetməsi bacarıqları;
• Ali təhsil (bakalavr) — mütləqdir;
• Rus dili — üstünlükdür;
• Digər dillər — üstünlükdür;
• Proaktiv yanaşma və uzunmüddətli müştəri münasibətlərinə fokus.
Namizədlərdən CV-lərini 12 Aprel 2026-ci il tarixindən gec olmayaraq hr@digit.az elektron poçt ünvanına “B2B Sales tap.az” başlığı ilə göndərmələrini xahiş edirik. Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaq.