Kontakt Azərbaycanın pərakəndə satış bazarında lider mövqe tutan mağazalar şəbəkəsidir. Şirkətimiz hazırda ölkə daxilində 50-dən çox filialı ilə yanaşı, Gürcüstanın müxtəlif bölgələrində də uğurla fəaliyyət göstərir və hər il beynəlxalq və yerli bazarlarda öz yerini daha da möhkəmləndirir.
Şəbəkəmiz Avropanın ən böyük elektronika alyansı olan Euronics-in Qafqaz regionundakı ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu əməkdaşlıq şirkətimizin beynəlxalq standartlara cavab verdiyini və etibarlı riteyl brendi olduğunu sübut edir.
Müvəffəqiyyətimizin təməlində 3000-dən artıq peşəkardan ibarət dinamik komandamız dayanır. İş mühitimizdə qarşılıqlı etimad, səmimi ünsiyyət, komanda ruhu və sağlam korporativ dəyərlər prioritetdir. Biz əməkdaşlarımızın göstərdiyi performansa əsaslanan karyera inkişafını təmin etməklə qürur duyuruq. Eyni zamanda, komanda üzvlərimizin peşəkar və şəxsi inkişafına böyük önəm veririk. Kontakt ailəsinə qoşulan hər kəs üçün təlim proqramları və öyrənmə imkanları yaradaraq, onların öz potensiallarını tam reallaşdırmaları üçün lazımi şərait təmin edilir.
Böyük komandamıza qoşulmaqla "Kontakt – Sevindirir" fəlsəfəsini birgə yaşamağa dəvət edirik. İş həyatımız və korporativ mədəniyyətimizlə daha yaxından tanış olmaq üçün Kontakt Life-ın Instagram və LinkedIn səhifələrini izləyə bilərsiniz.