Satış üzrə nümayəndə

Bakı
Tam ştat
2
0
Daşınmaz əmlak agenti / makler
Təcrübə tələb olunmur
1 000 - 1 500 ₼
İşin Təsviri
Daşınmaz əmlak sektorunda yüksək gəlir əldə etmək, möhkəm sistem daxilində real karyera pillələrini addımlamaq arzusundasınızsa, sizi komandamızın bir parçası olmağa dəvət edirik!

Şirkətimiz geniş müştəri bazası, bazardakı aktiv mövqeyi və peşəkar idarəetmə prinsipləri ilə seçilir. Əsas hədəfimiz sadəcə elan yerləşdirmək deyil, müştərilərin düzgün qərar verməsinə kömək etmək, satış prosesini sürətləndirmək və əməkdaşlarımız üçün artan gəlir imkanları yaratmaqdır. Əgər nəticəyə fokuslanan, ambisiyalı və işinə həvəslə yanaşan birisinizsə, bu fürsəti dəyərləndirin.

Biz sizə hazır iş mexanizmi təklif edirik. Geniş əmlak məlumat bazası və CRM sistemi vasitəsilə müştərilərlə işi daha sistemli və effektiv şəkildə qura bilərsiniz. Zənglərin idarə edilməsi, obyektlərin qeydiyyatı və satışın izlənməsi tam nəzarətimizdədir ki, bu da yüksək satış göstəricilərinə və daha çox gəlirə zəmanət verir.

Daşınmaz əmlak sahəsində qazanc üçün heç bir məhdudiyyət yoxdur; gəliriniz birbaşa nail olduğunuz satışlardan asılıdır. Biz isə bu yolda sizə ofis şəraiti, texniki avadanlıqlar, reklam dəstəyi və zəngin baza ilə dəstək oluruq.

Əgər sabit maaşla kifayətlənməyib, potensialınızı maksimuma çatdırmaq və inkişaf etmək istəyirsinizsə, bizimlə çalışın.

Şirkətimiz tərəfindən bütün reklam xərcləri, peşəkar təqdimat videolarının çəkilişi və sosial media marketinqi tamamilə qarşılanır. Keyfiyyətli vizual təqdimatlar müştəri etibarını artırır, obyektlərin cəlbediciliyini yüksəldir və satış prosesini rahatlaşdırır.

Ofisimiz yüksək motivasiya və pozitiv iş mühiti ilə təmin olunub. Dəstəkçi rəhbərlik və səmimi kollektivimiz, xüsusilə yeni başlayanların qısa müddətdə nəticə əldə etməsi üçün bütün şəraiti yaradır.

Rəsmi qeydiyyat

Rahat və müasir ofis mühiti

İş rejimi: 10:00 – 19:00

Qrafik: Tam iş günü, həftədə 1 gün istirahət

Şəxsi iş masası və kompüter təminatı

Korporativ əlaqə nömrəsi

Telefon abunəliyi və elan xərclərinin şirkət tərəfindən qarşılanması

500.000-ə yaxın əmlak məlumat bazasına giriş

Elnur bəy: 050-209-36-37
Öhdəliklər
Karyerasında irəliləmək istəyən, yüksək gəlir əldə etməyi hədəfləyən, tapşırıqları vaxtında və dəqiq icra edən, məsuliyyətli, həll yönümlü, güclü ünsiyyət qabiliyyətinə və özünə inamı olan namizədləri komandamızda görməkdən məmnun olarıq.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış mütəxəssisi
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış nümayəndəsi
Bakı
Tam ştat
Satış təmsilçisi
Bakı
SVG
SVG
SVG