OBA Market MMC ölkəmizdə fəaliyyət göstərən geniş qonşu marketlər şəbəkəsidir. Şirkət qida və qeyri-qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. Hazırda 1400-dən çox filialı və 9000-ə yaxın əməkdaşı ilə respublikamızın ən geniş mağaza şəbəkəsi hesab olunur. Market sayına görə ölkə üzrə lider mövqeyə malikdir. Veysəloğlu Şirkətlər Qrupunun tərkib hissəsi olan OBA Market, 2016-cı ildə yeni diskount konsepsiyası ilə Azərbaycan pərakəndə satış bazarına addım atıb. Şəbəkənin əsas missiyası gündəlik istehlak mallarını yüksək keyfiyyət və sərfəli qiymətlərlə istehlakçılara çatdırmaqdır. 2020-ci ildən etibarən məhsul çeşidini əhəmiyyətli dərəcədə genişləndirən OBA, özəl markaları (Private Label) ilə yanaşı, həm yerli, həm də beynəlxalq brendlərin satışını həyata keçirir.