Sənaye məhsullarının satışı sahəsində peşəkar karyera qurmağı hədəfləyirsinizsə, bizimlə çalışmaq üçün sizə fürsət yaradırıq.
HİDSAB MMC sənaye rulmanları, salniklər, ötürücü qayışlar, hidravlik şlanqlar və müxtəlif növ sənaye ehtiyat hissələrinin satışı ilə məşğuldur. Fəaliyyət dairəmizi genişləndirmək məqsədilə, yüksək motivasiyaya malik və satış hədəflərinə fokuslanan Satış Mütəxəssisini komandamızda görmək istəyirik.