Satınalma mütəxəssisi

Bakı
Tam ştat
16
0
Satınalma və təchizat
3 ildən 5 ilə qədər
1 000 - 1 200 ₼
İşin Təsviri
Vəzifə: Satınalma üzrə mütəxəssis

Şirkət: MoyaTrade MMC

İş yeri: Regionlar üzrə ezamiyyətlər

Əmək haqqı: 1000–1200 AZN + KPI bonusları

Ezamiyyət xərcləri: Qanunvericilik əsasında qarşılanır

Vəzifə öhdəlikləri:

MoyaTrade MMC regionlarda fəaliyyət göstərən fermerlərlə əməkdaşlıq edəcək satınalma mütəxəssisi vəzifəsinə vakansiya elan edir. Namizədin əsas məsuliyyətlərinə yerli fermerlərlə əlaqələrin qurulması, bağ və təsərrüfatlarda məhsul monitorinqinin aparılması, məlumatların toplanması, həmçinin məhsul reyestrinin tərtib edilməsi və məhsul yetişmə qrafikinin hazırlanması daxildir.

İş şəraiti:

Həftənin 5 günü regionlara ezamiyyətlərlə bağlı iş qrafiki;

Əmək haqqı: 1000–1200 AZN;

KPI göstəricilərinə uyğun əlavə bonuslar;

Ezamiyyət xərclərinin AR Əmək Məcəlləsinə uyğun ödənilməsi;

Rəsmi əmək müqaviləsi əsasında rəsmiləşdirilmə;

İnkişafa açıq, peşəkar korporativ mühit.

Qeyd:

İşin spesifikası regionlarda tez-tez səfərlər tələb etdiyi üçün namizədin şəxsi avtomobilinin olması şərtdir.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma mütəxəssisi” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.

[email protected]
Öhdəliklər
Satınalma, kənd təsərrüfatı, ticarət və ya fermerlərlə əməkdaşlıq sahələrində iş təcrübəsinin olması üstünlükdür;

Regionlara mütəmadi ezamiyyətlərə getmək imkanı;

Şəxsi avtomobilin olması tələb olunur;

Aktiv sürücülük vərdişləri;

Effektiv danışıqlar aparmaq və peşəkar ünsiyyət qurmaq bacarığı;

Məsuliyyətli, operativ və nəticəyə fokuslanmış yanaşma tərzi;

Bazar qiymətlərini təhlil etmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti;

MS Office proqramları, xüsusilə Excel üzrə işləmək bacarığı.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG