Inomarka və CarBuy Hub platformalarının marketinq istiqamətini idarə etmək üçün analitik düşünmə qabiliyyətinə sahib, strateji yanaşması ilə seçilən və təşəbbüskar Marketinq Meneceri axtarışındayıq.
Vəzifənin başlıca vəzifəsi şirkətin marketinq strategiyasını hazırlamaq, brendin bazarda nüfuzunu artırmaq, hədəf kütlənin cəlb edilməsini təmin etmək və marketinq təşəbbüslərini konkret biznes göstəricilərinə transformasiya etməkdir.
Bizim təkliflərimiz:
İnkişaf etməkdə olan iki fərqli layihənin marketinq strategiyasının yaradılmasında birbaşa iştirak;
Yaradıcı ideyaların tətbiqi üçün geniş imkanlar və sərbəstlik;
Karyera yüksəlişi və peşəkar inkişaf üçün əlverişli şərait;
Bazarla müqayisədə rəqabətli əməkhaqqı və nailiyyətə əsaslanan bonus sistemi.
İş şərtləri:
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılacaq;
İş rejimi: Həftəlik 5 iş günü, 10:00-dan 19:00-dək;
İş ünvanı: Ağ Şəhər, Inomarka ofisi.
Müraciət üçün CV-nizi və əməkhaqqı gözləntilərinizi mövzu hissəsində “Marketinq Meneceri” başlığını qeyd etməklə
[email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız vakansiya tələblərinə cavab verən namizədlər dəvət olunacaqdır.