Vizart şirkəti Azərbaycanda müxtəlif tibbi istiqamətlər üzrə avadanlıq və tibbi məmulatların rəsmi distribütoru kimi fəaliyyət göstərir. Fəaliyyətimizin əsasını kompleks yanaşma prinsipi təşkil edir. Biz sadəcə tibbi ləvazimat və sərfiyyat materiallarının satışı ilə məhdudlaşmırıq, eyni zamanda oftalmologiya kabinetləri üçün tam spektrli tibbi cihazların təchizatı ilə müştərilərimizə sistemli həllər təqdim edirik. Vizart-ın zəngin məhsul çeşidinə oftalmoloji məmulatlar, kontakt linzalar və onlara qulluq məhlulları, həmçinin tonometrlər, qlükometrlər, nebulayzerlər və termometrlər kimi ölçü cihazları daxildir. Müştərilərimizin tələbatını ən yüksək səviyyədə qarşılamaq üçün məhsul portfelimizi mütəmadi olaraq yeniləyir və genişləndiririk.
Əməkhaqqı: 1000 AZN sabit maaş və KPI əsaslı bonus sistemi;
İş rejimi: 09:00 – 18:00;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
İş yeri: Bakı şəhəri, TEAM Plaza (müasir ofis şəraiti);
İş avadanlığı: Mobilliyi təmin edən korporativ planşet;
Peşəkar inkişaf: Məhsullar və texnologiyalar haqqında əhatəli təlimlər və mütəmadi seminarlar;
Ezamiyyət: Ayda 1-2 dəfə bölgələrə işgüzar səfərlər üçün hazırlıq.
Müraciət üçün: CV-nizi
[email protected] ünvanına göndərməyiniz xahiş olunur.