Satış Mütəxəssisi – Avtomobil Satışı (Koreya və Amerika istiqaməti)
Carbroker.az komandası fəaliyyətini genişləndirir və yeni komanda üzvləri axtarır.
Avtomobil sektoruna marağınız varsa, effektiv ünsiyyət qabiliyyətinizlə satış prosesini idarə etməyi sevirsinizsə, sizi komandamızın bir parçası olmağa dəvət edirik.
Bizim təkliflərimiz:
• Əməkhaqqı və yüksək satış bonusları;
• Limitsiz gəlir əldə etmək imkanı;
• Müasir və prestijli iş şəraiti (Bakı Auto Mall);
• Davamlı reklam və marketinq dəstəyi;
• Karyera yüksəlişi və peşəkar inkişaf üçün təlimlər.
Özünə güvənən, satış bacarıqlarına malik və sosial media vasitəsilə potensial müştəri bazası yarada bilən namizədləri komandamızda görməkdən məmnun olarıq.
Müraciət üçün CV-nizi və ya özünüz haqqında qısa məlumatı aşağıdakı əlaqə vasitələrinə göndərə bilərsiniz:
[email protected]
+994557800001 (Whatsapp)