Специалист по продажам

Xırdalan
Tam ştat
5
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
600 ₼
İşin Təsviri
Panda Food MMC satış üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Panda Food MMC içlikli çörək məmulatları, biskvitlər, tortlar və müxtəlif qənnadı məhsullarının istehsalı ilə məşğuldur. Şirkətimiz Araz, Oba və Bravo kimi ölkənin aparıcı market şəbəkələri ilə uğurlu əməkdaşlıq edir və fəaliyyət dairəsini daim genişləndirir.

Şirkətin inkişafı ilə əlaqədar olaraq satış üzrə mütəxəssis axtarırıq. İş öhdəliklərinə iri market şəbəkələri ilə satış və məhsul qaytarılması məsələləri üzrə danışıqların aparılması, satış və geri qayıdan məhsullarla bağlı məlumatların təhlili, supermarketlərə müntəzəm baxış keçirərək malların vitrində düzülüşünə və satış səviyyəsinə nəzarət edilməsi, həmçinin bazar vəziyyəti barədə hesabatların vaxtında təqdim olunması daxildir.

Bundan əlavə, əməkdaş yeni müştərilərin, distribütorların və tərəfdaşların tapılmasında iştirak edərək şirkətin yeni bazarlara çıxışına dəstək olacaq. Panda Food yaxın gələcəkdə Rusiya bazarına daxil olmağı hədəfləyir. Bu səbəbdən, özünü inkişaf etdirməyə həvəsli, məsuliyyətli, ünsiyyətcil və təşəbbüskar namizədləri komandamızda görmək istəyirik.

Əmək haqqı: 600 AZN.
İş qrafiki: 09:00 - 17:30 (nahar fasiləsi 1 saat).
İstirahət günü: Bazar günü.

Əgər siz də Panda Food komandasının bir hissəsi olub, yeni bazarlara açılmaqda bizə qoşulmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
SVG
SVG
SVG