1C 8.3 mühasibat proqramı, e-gov.az və new-taxes.gov.az, o cümlədən depozit hesabı və digər aidiyyəti portallar üzrə yüksək iş bacarığı tələb olunur. Vergi və mühasibat uçotu sahəsində təcrübəli, dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması və göndərilməsi prosesini müstəqil şəkildə həyata keçirə bilən mütəxəssis axtarılır.
Namizədlər Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu ixtisasları üzrə ali təhsilə malik olmalıdırlar.
İş haqqında məlumat:
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti, 28 May metrosu yaxınlığı, Nəsimi rayon polis idarəsinin qarşısı.
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə, bazar və bayram günləri.