Şirkət: “Yeni Texnologiyalar” MMC
İş yeri: Bakı ş., 28 May metrosu yaxınlığı
İş rejimi: Həftə içi 09:00–18:00, Şənbə günü 09:00–16:00
Əməkhaqqı: 1000–1200 AZN + bonus sistemi
İş stajı: Ən azı 2 il
Təhsil: Ali və ya orta ixtisas dərəcəsi
Vakansiya haqqında
“Yeni Texnologiyalar” MMC korporativ müştərilərinə peşəkar İT xidmətləri və texniki dəstək təmin etmək məqsədilə İT servis mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəliklərinə kompüter sistemləri, şəbəkə avadanlıqları, ofis texnikası, printerlər, habelə IP kameralar və təhlükəsizlik/videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması, diaqnostikası və servis xidməti daxildir.
Namizəddən arzulanan bacarıqlar
Active Directory sahəsində baza bilikləri;
Giriş-çıxışa nəzarət və kartla keçid sistemləri ilə iş bacarığı;
Korporativ müştərilərə texniki dəstək göstərilməsi sahəsində iş təcrübəsi;
Printerlər və çap kartricləri üzrə texniki biliklər.
İş şərtləri
AR Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
Müxtəlif İT avadanlıqları və korporativ mühitdə işləmək imkanı;
İş təcrübəsinin artırılması və peşəkar inkişaf perspektivləri;
Lazımi iş avadanlıqları və texniki vasitələrlə təminat.
Müraciət qaydası
Maraqlanan şəxslər CV-lərini “İT servis mütəxəssisi” başlığı ilə
[email protected] e-poçt ünvanına və ya +994 50 408 77 87 nömrəsinin WhatsApp xəttinə göndərə bilərlər.