Aqronom

Qax
Tam ştat
3
0
Aqronom
Təcrübə tələb olunmur
800 - 3 000 ₼
İşin Təsviri
Vakansiya: Aqronom

Şirkət: Uluagro MMC

İş yeri: Qax rayonu

İş qrafiki: Tam iş günü

Şirkət haqqında

Uluagro MMC ölkəmizin qabaqcıl və müasir aqroparklarından biridir. Müəssisə tarla bitkiləri, eləcə də meyvə və gərzəkli bitkilərin istehsalı ilə məşğuldur və fəaliyyətində ən son aqrotexniki yeniliklərin tətbiqinə xüsusi önəm verir.

Komandamızın böyüməkdə olan heyətinə qoşulmaq üçün həm təcrübəli mütəxəssisləri, həm də karyerasını aqronomluq sahəsində qurmaq istəyən gəncləri işə dəvət edirik.

İş yeri

Vakansiya Qax rayonunda yerləşir. Namizədlərdən Qax rayonunda daimi yaşaması və ya işə qəbul olunduqdan sonra həmin bölgəyə köçməsi tələb olunur.

Qax və ətraf rayonlarda məskunlaşan namizədlərə üstünlük verilir.

Əməkhaqqı

Əməkhaqqı namizədin peşəkar bacarıqları və təcrübəsi nəzərə alınmaqla, müsahibə əsasında razılaşdırılacaq.
Öhdəliklər
Aqronomiya, bağçılıq və ya müvafiq sahələr üzrə ali təhsil dərəcəsi;

Meyvəçilik və ya qərzəkli bitkilərin becərilməsi istiqamətində nəzəri və praktiki biliklər;

Müvafiq sahədə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;

Təcrübəsi olmayan, lakin özünü bu sahədə inkişaf etdirməyə həvəsli olan gənc mütəxəssislərin və yeni məzunların müraciətləri də nəzərdən keçirilir;

Analitik təfəkkür qabiliyyəti və tapşırıqlara qarşı yüksək məsuliyyət hissi;

Komanda daxilində səmərəli işləmək bacarığı;
SVG
SVG
SVG