Baş mühasib

Bakı
Tam ştat
0
0
Mühasibat
5 ildən artıq
1 550 - 1 850 ₼
İşin Təsviri
Poly Cleaner MMC istehsalat və təkrar emal sahəsində fəaliyyət göstərən şirkətdir. Hazırda şirkətin maliyyə-mühasibat uçotunun peşəkar səviyyədə idarə olunması, vergi və hesabatlılıq proseslərinin düzgün qurulması, daxili nəzarət və maliyyə intizamının gücləndirilməsi üçün təcrübəli Baş Mühasib axtarırıq.   Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə təqdim etmələri xahiş olunur.
Öhdəliklər
Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək

Vergi, DSMF, statistika və digər məcburi hesabatların vaxtında və düzgün hazırlanıb təqdim edilməsini təşkil etmək

Bank, kassa, ödəniş tapşırıqları, hesab-fakturalar, e-qaimə, müqavilə və maliyyə sənədlərinin uçotuna nəzarət etmək

Debitor və kreditor borcların uçotunu aparmaq və nəzarətdə saxlamaq

Əmək haqqı hesablamaları, məzuniyyət, ezamiyyət, son haqq-hesab və digər ödəniş proseslərini düzgün təşkil etmək

Anbar, əsas vəsait, material, istehsalat xərcləri və məhsul maya dəyəri uçotuna nəzarət etmək

Maliyyə intizamı, sənəd dövriyyəsi və daxili nəzarət mexanizmlərini qurmaq və təkmilləşdirmək

Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə məlumatları, idarəetmə hesabatları və analizlər hazırlamaq

Audit, vergi yoxlamaları və dövlət orqanları ilə bağlı proseslərdə şirkəti peşəkar şəkildə təmsil etmək

ERP / 1C / mühasibat proqramlarında əməliyyatların düzgün əks olunmasına nəzarət etmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil

Baş mühasib və ya Aparıcı mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi

Vergi Məcəlləsi, Əmək Məcəlləsi, mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə güclü biliklər

İstehsalat, anbar, maya dəyəri və material uçotu sahəsində praktiki təcrübə

E-gov, e-taxes, internet banking, e-qaimə, ƏDV depozit hesabı və elektron hesabat sistemləri ilə sərbəst işləmək bacarığı

1C, Excel və digər mühasibat proqramlarını yüksək səviyyədə bilmək

Analitik düşüncə, dəqiqlik, məsuliyyət və məxfilik prinsiplərinə riayət

Komanda idarəçiliyi və rəhbərliyə hesabat təqdim etmə bacarığı

Audit və vergi yoxlaması təcrübəsi üstünlükdür

İstehsalat və ya sənaye sektorunda iş təcrübəsi üstünlükdür.
Oxşar vakansiyalar
Tam ştat
Baş mühasib
Bakı
Tam ştat
Baş mühasib
Bakı
Tam ştat
Baş mühasib
Bakı
Tam ştat
Baş mühasib
Sumqayıt
Tam ştat
Baş Mühasib
Bakı