Baş mühasibin müavini

Bakı
Tam ştat
5
0
Mühasibat
3 ildən 5 ilə qədər
1 500 - 2 500 ₼
İşin Təsviri
Baş mühasibin müavini Digər məlumatlar: • İş qrafiki: 6 günlük • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək • Ünvan: Binəqədi yolu 100 • Nahar şirkət tərəfindən verilir   Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini shahla.najafova@xirman.az ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur. Əlaqə 0552931339
Öhdəliklər
• İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.

• İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.

• Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.

• Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.

• Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.

• Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.

• Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.

• Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.

• Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.

• Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.

• Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi.
Tələblər
• Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)

• Microsoft Office proqramlarını bilmək;

• Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)

• Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;

• Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;

• Balansın çıxarılması üzrə bilikləri olmalı;

• Yaş həddi: 28-45;

• Dil bilikləri : Azərbaycan-dili (rus-dili, ingilis-dili arzu olunandır).
Oxşar vakansiyalar
Tam ştat
Baş Mühasib
Bakı
Tam ştat
Baş mühasib
Bakı
Tam ştat
Baş mühasib
Bakı
Tam ştat
Baş mühasib
Bakı
Tam ştat
Baş mühasib
Bakı