Sosial media mütəxəssisi

Bakı
Tam ştat
0
0
Reklam
1 ildən 3 ilə qədər
600 - 800 ₼
İşin Təsviri
İnnovativ poliqrafiya həlləri sahəsində fəaliyyət göstərən şirkətimiz üçün dinamik mütəxəssis axtarırıq. Biz nə təklif edirik? • Yaradıcılıq azadlığı və yeni ideyaların dəstəklənməsi. • Peşəkar komanda ilə işləmək imkanı. • Görülən işin nəticəsinə əsaslanan rəqabətqabiliyyətli əmək haqqı. • Potensialdan asılı olaraq əlavə bonuslar   Müraciət üçün: Zəhmət olmasa, şəkilli CV-nizi və portfolio nümunələrinizi (və ya idarə etdiyiniz səhifələri) hr@print-time.az elektron poçt ünvanına, mövzu hissəsində "SMM Menecer" qeyd edərək göndərin.
Öhdəliklər
Brendin hədəf kütləsinə uyğun aylıq kontent planının hazırlanması və sosial media strategiyasının qurulması.

İnstagram, Tik Tok və Facebook üçün viral potensiallı Reels/Video ssenarilərinin yazılması, çəkilişlərin təşkili və montaji.

Meta Ads (Facebook/ Instagram) və TikTok Ads menecerləri vasitəsilə reklam kampaniyalarının qurulması, büdcənin optimallaşdırılması və performansın analizi.

Məhsul və xidmətləri quru məlumat kimi deyil, maraqlı hekayələr və UGC (istifadəçi tərəfindən yaradılan kontent) formatında təqdim etmək.

Brenda uyğun influenserlərin tapılması, onlarla işbirliyinin qurulması və kampaniyaların koordinasiyası.

İzləyicilərdən gələn rəy və mesajların peşəkar cavablandırılması (Community Management).

Aylıq statistik göstəricilərin (engagement, reach, satışa təsir) təhlili və hesabatların verilməsi.
Tələblər
Sosial media sahəsində minimum 1-2 il iş təcrübəsi (Portfolio mütləqdir).

CapCut, Adobe Premiere və ya bənzər proqramlarda yüksək səviyyədə video montaj bacarığı.

Kreativ düşünmə və trendləri sürətlə tətbiq etmə qabiliyyəti.

Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür).
Oxşar vakansiyalar
Tam ştat
SMM mütəxəssisi
Bakı
Tam ştat
SMM mütəxəssisi
Bakı
Tam ştat
SMM Mütəxəssisi
Bakı
Tam ştat
Sosial Media Meneceri
Bakı