Dermokosmetik medikal tanıtım nümayəndəsi

Bakı
Tam ştat
5
0
Tibb və Əczaçılıq
1 ildən 3 ilə qədər
1 000 - 1 500 ₼
İşin Təsviri
Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Şirkət: Orzax  BioHerbalBaku İş yeri: Bakı  İş rejimi: Tam ştat (sahə işi) 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə (dermatoloqlara) elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. Təklif etdiklərimiz: 1000 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün DEYİL “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Müraciət:    
Öhdəliklər
Məsul olduğu bölgədə hədəf dermatoloq həkimlərə və əczaçılara məhsulların elmi məzmununu təqdim etmək,

Klinik araşdırmaları və elmi məlumatları doğru, aktual və aydın şəkildə izah etmək,

Təlim və elmi toplantılarda iştirak etmək, zərurət yarandıqda təqdimatlar aparmaq,

Sahədən əldə olunan medikal geri bildirimləri mərkəzə ötürmək,

CRM sisteminə ziyarət məlumatlarını və geri bildirimləri mütəmadi şəkildə daxil etmək,

Öz bölgəsi üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və nəticələri hesabatlandırmaq,

Məsul olduğu bölgədə satış komandası ilə koordinasiyalı işləmək.
Tələblər
Minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Yaş aralığı: 25 – 40

Universitetlərin əczaçılıq, biologiya, kimya, qidalanma və dietologiya və ya digər uyğun səhiyyə ixtisasları üzrə məzun olmaq,

Üstünlük olaraq dermokosmetik və ya dərman sektorunda medikal tanıtım sahəsində təcrübəyə malik olmaq,

Dermatoloq həkimlər və aptek kanalı ilə işləməyə maraqlı olmaq,

Elmi izah, təqdimat və inandırma bacarığı yüksək olmaq,

Sahə işinin təşkilinə və planlı işləmə prinsiplərinə uyğun olmaq,

MS Office və CRM sistemlərindən effektiv istifadə edə bilmək.
Oxşar vakansiyalar
Tam ştat
Tibbi nümayəndə
Bakı
Tam ştat
Tibbi nümayəndə
Bakı
Tam ştat
Tibbi nümayəndə
Bakı
Tam ştat
Tibbi nümayəndə
Bakı
Tam ştat
Tibbi nümayəndə
Bakı