Mebel konstruktoru

Bakı
Tam ştat
3
0
Sənaye, İstehsalat və Mühəndislik
5 ildən artıq
1 000 - 3 000 ₼
İşin Təsviri
İş vaxtı: 10:00 dan–19:00 dək | Həftədə bir gün istirahət.    Sabit əmək haqqı və uğurla təhvil verilən hər layihə üçün əlavə faiz.  Ünvan: Biləcəri qəsəbəsi, “Məmmədoğulları” avtoservisinin yaxınlığı.
Öhdəliklər
Müştərilərlə işləyərək material, furnitura, rəng seçimi və mebelin yerləşmə planı üzrə peşəkar məsləhətlər vermək.
Müştərinin seçim etdiyi modeli, nümunəni, materialı, rəng palitrasını, mexanizmləri və aksesuarları düzgün qeyd etmək.
Sifariş verilən obyektdən istehsal və montaj üçün tələb olunan ölçüləri millimetr dəqiqliyində götürmək.
3D dizaynın hazırlanması üçün zəruri olan bütün məlumatları və texniki qeydləri dizaynerə təqdim etmək, dizaynın müştərinin istək və seçimlərinə uyğun hazırlanmasına nəzarət etmək.
Materialların kəsim sxemini (raskroy) tərtib etmək.
Layihə üzrə istehsal və montaj üçün tələb olunan bütün materialların, mexanizmlərin və aksesuarların dəqiq siyahısını hazırlamaq.
Layihələr üzrə dəqiq smeta hesablamalarını aparmaq.
Mebel ustaları üçün istehsala tam uyğun layihə və konstruksiyaları hazırlamaq.
İstehsal və montaj prosesləri zamanı yaranan texniki problemlərin operativ həllində iştirak etmək.
İstehsal komandası ilə koordinasiyalı işləmək.
Müştəri ilə əməkdaşlığın ilk mərhələsindən, sifarişin tam təhvil verilməsinə qədər bütün proseslərin düzgün və vaxtında icra olunmasına nəzarət etmək.
Tələblər
Mebel istehsalının texniki tələbləri üzrə yüksək bilik.
Müştəri ilə peşəkar ünsiyyət və təqdimat bacarığı.
Kollektivlə işləmə qabiliyyəti.
Texniki və analitik düşünmə qabiliyyəti.
Oxşar vakansiyalar
Tam ştat
Mebel sexinə rəngsaz
Bakı
Tam ştat
Konstruktor dizayner
Bakı
Tam ştat
Mühəndis
Bakı