Product Manager

Bakı
Tam ştat
0
0
Marketinq, Reklam və PR
1 ildən 3 ilə qədər
1 300 - 2 000 ₼
İşin Təsviri
Product Manager Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı / Yaş aralığı: 25 – 45  İş rejimi: Tam ştat 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Product Manager axtarırıq. Vəzifənin məqsədi Medical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir. Təklif etdiklərimiz 1.1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) 2.Premya sistemi 3.Benzin kartı (Avtomobili varsa) 4.Davamlı təlim və inkişaf imkanları 5.Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün DEYİL 1.Yalnız operativ satış və ya sahə fəaliyyəti ilə məşğul olmaq istəyənlər 2.Analitik və strateji düşünmə bacarığı zəif olan namizədlər 3.Elmi kontent və medical marketing fəaliyyəti ilə işləmək istəməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.
Öhdəliklər
Strateji məhsul və portfel idarəçiliyi
1.Məhsul portfeli üzrə illik strateji və marketinq planlarının hazırlanması
2.Məhsulların həyat dövrü analizinin aparılması və inkişaf strategiyalarının qurulması
3.Məhsulların prioritetləşdirilməsi və portfel optimizasiyası

Medical marketing və elmi fəaliyyətlər
1.Məhsullar üzrə elmi kontentin hazırlanması və idarə olunması
2.Klinik tədqiqatların və elmi məlumatların təhlili
3.Həkim seqmentasiyası və elmi kommunikasiya strategiyasının qurulması
4.Seminar və konfrans fəaliyyətlərinin koordinasiyası

Bazar analitikası və məhsul inkişafı
1.Bazar ölçüsü, artım potensialı və rəqib strategiyalarının təhlili
2.Yeni məhsullar üzrə bazar və elmi analizlərin aparılması
3.Məhsul lansman strategiyalarının hazırlanması və performansın monitorinqi

Satış və daxili koordinasiya
1.Satış komandası üçün strateji təqdimat və satış planlarının hazırlanması
2.Məhsullar üzrə qiymət və rentabellik analizlərinin aparılması
3.Satış, marketinq, ruhsatlandırma və istehsalçı tərəfdaşlarla koordinasiya
4.Məhsul performansı üzrə hesabatların hazırlanması
Tələblər
Təhsil (aidiyyatlı ixtisaslar):
Tibb, Əczaçılıq, Biologiya, Kimya, əlaqəli sahələr üzrə ali təhsil.
1.Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır.
2.Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
3.OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür

Peşəkar bacarıqlar:
1.Analitik və strateji düşünmə qabiliyyəti
2.Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı
3.Təqdimat və elmi kommunikasiya bacarığı
4.Layihə və portfel idarəetmə bacarığı
5.Komanda koordinasiyası və liderlik bacarıqları
6.MS Office və analitik alətlərlə işləmə bacarığı
7.İngilis dili biliyi üstünlükdür
Oxşar vakansiyalar
Tam ştat
Product manager
Bakı
Tam ştat
Menecer
Bakı
Tam ştat
Marketing menecer
Bakı
Tam ştat
Marketinq Meneceri
Bakı
Tam ştat
Marketinq meneceri
Bakı