Təchizat üzrə mütəxəssis

Bakı
Tam ştat
0
0
Digər
5 ildən artıq
1 500 ₼
İşin Təsviri
Məsuliyyəti: Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır   Bilməlidir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini (satınalmalar haqqında qanun) Yuxarı orqanların və şirkət rəhbərliyinin əmr, sərəncam və qanunlarını Şirkətin idarəetmə strukturunu, texniki və iqtisadi inkişaf istiqamətlərini Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını Daxili nizam-intizam qaydalarını Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və yanğından mühafizənin norma və qaydalarını   Əlavə məlumat: Nahar şirkət tərəfindən verilir Əmək haqqı kartla ödənilir.
Öhdəliklər
Təchizat üzrə mütəxəssis, təchizat departamentinin müdirinin göstərişləri əsasında şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir 
Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək 
Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək 
Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək 
Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.
Tələblər
Ali texniki təhsilli 
Müvafiq sahələrdə 5-10 ildən az olmayaraq iş təcrübəsi olan
Kompüter MS Office proqramları bilmək 
Dil bilikləri – Azərbaycan dili, ingilis dili, rus dili
Xaricdən alınan məhsulları Azərbaycan Respublikasının Gömrük idarəsindən təhvil alıb anbara çatdırmaq 
INCOTERMS 2020 bilmək.
Oxşar vakansiyalar
Tam ştat
Anbar mütəxəssisi
Bakı