Satış meneceri

Bakı
Tam ştat
6
0
Satış və Ticarət
1 ildən 3 ilə qədər
650 - 2 000 ₼
İşin Təsviri
Crea Business Solutions & Consulting Restoran, otel və mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Korporativ Resurs Planlama) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız gənc və pozitiv komandamıza yeni üzvlər dəvət edir. Biz — hər gün böyüyən və inkişaf edən dinamik bir komandayıq. Passiv gözləməyi sevməyən, aktiv, enerjili və real inkişaf imkanları axtaran satış meneceri axtarırıq. Əgər yeni biliklər, canlı iş mühiti və real motivasiya istəyirsənsə — doğru yerdəsən! Biz nə təklif edirik Gənc, motivasiyalı və peşəkar komanda Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər Dəyişkən iş qrafiki — ofisdə minimum vaxt, sahədə maksimum aktivlik Sabit əməkhaqqı + satışdan bonus/faiz Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları İş şərtləri İş vaxtı: həftədə 6 gün Bazar ertəsi – Cümə: 10:00 – 19:00 Şənbə: 09:00 – 13:00 İstirahət günü: Bazar Nahar fasiləsi: 13:00 – 14:00 Nəqliyyat xərcləri (şəxsi avtomobili olan əməkdaşlara yanacaq xərci), korporativ nömrə və telefon xərcləri şirkət tərəfindən qarşılanır Niyə məhz biz? Bizdə hər şey realdır: praktik təcrübə, güclü mentor dəstəyi, peşəkar komanda və özünü göstərmək üçün geniş imkanlar. Dinamik və inkişaf yönümlü iş axtarırsansa — komandamıza qoşul! Veb: www.crea.az Ünvan: Əliəşrəf Əlizadə 790/8, Nərimanov rayonu, Bakı, Azərbaycan
Öhdəliklər
Müştəri obyektlərinə səfərlər etmək, görüşlər keçirmək
Məhsul təqdimatları və məsləhətləndirmə aparmaq
Aktiv satış prosesini idarə etmək və müştərini bütün mərhələlərdə müşayiət etmək
Fərdi kommersiya təklifləri hazırlamaq
Komanda ilə əməkdaşlıq etmək, ideyalar paylaşmaq və peşəkar inkişafda iştirak etmək.
Tələblər
Yaş: 19–28
Cins: Bəy
Aktiv, pozitiv və ünsiyyətcil olmaq
Qazanmağa, öyrənməyə və inkişaf etməyə motivasiyalı olmaq
Səfərli iş rejiminə hazır olmaq
Satış sahəsində ilkin biliklər və ya bu sahədə inkişaf etmək istəyi
Avtomobilin olması üstünlükdür.
Oxşar vakansiyalar
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı