Redaktor

Bakı
Tam ştat
213
0
Digər (Maliyyə)
1 ildən 3 ilə qədər
1 200 - 1 500 ₼
İşin Təsviri
Sahibkarlıq sahəsində ixtisaslaşan yeni media layihəmiz – Sahibkarların İnformasiya Mərkəzi peşəkar və məsuliyyətli redaktor vəzifəsi üzrə komanda üzvü axtarır.

İş rejimi: Həftədə 5 iş günü
Əməkhaqqı: 1200–1500 AZN
Ünvan: Cəlil Məmmədquluzadə küçəsi 102A, City Point Biznes Mərkəzi.

Namizədlərdən şəkilli CV-lərini mövzu yerinə Redaktor qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
Biznes və sahibkarlıq dünyasına dair gündəlik xəbərlərin toplanması, redaktə edilməsi və dərc üçün hazırlanması
Dövlət strukturları, sahibkarlıq subyektləri və digər aidiyyəti şəxslərlə əlaqələrin qurulması, müsahibələrin təşkili və aparılması
Müsahibə materiallarının yazılması, strukturlaşdırılması və redaktə prosesinin həyata keçirilməsi
Veb-sayt üçün kontentin planlaşdırılması və gündəlik paylaşım işinin koordinasiyası
Mövzu seçimi, xəbər prioritetlərinin müəyyənləşdirilməsi və kontent strategiyasının formalaşdırılmasına töhfə verilməsi
Dərc olunan yazıların keyfiyyətinə, həmçinin dil və üslub qaydalarına ciddi nəzarət
Komanda daxilində tapşırıqların bölüşdürülməsi və icra prosesinə nəzarət (ehtiyac yarandıqda)
Gündəlik informasiya axınının mütəmadi izlənilməsi və operativ məlumatlandırmanın təşkili
Sosial və iqtisadi gündəmi əhatə edən aktual mövzuların aşkarlanması və işıqlandırılması.
Tələblər
Xanım namizədlər (25–40 yaş aralığı)
Jurnalistika, filologiya və ya müvafiq ixtisaslar üzrə ali təhsilin olması üstünlükdür
Sahə üzrə 1-3 il arası iş təcrübəsi
Azərbaycan dilində qüsursuz yazmaq və redaktə etmək qabiliyyəti
Analitik təfəkkür və informasiya axını ilə işləmə bacarığı
Müsahibələrin təşkili və sualların hazırlanması sahəsində təcrübə
İşdə operativlik və yüksək məsuliyyət hissi
Komanda daxilində səmərəli əməkdaşlıq etmək bacarığı
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Videograf
Bakı
Tam ştat
Operator
Bakı
Tam ştat
Operator
Bakı
Tam ştat
Dizayner
Bakı
Tam ştat
Graphic Designer
Bakı
SVG
SVG
SVG