Daşınmaz əmlak agenti

Bakı
Tam ştat
3
0
Daşınmaz əmlak agenti / makler
Təcrübə tələb olunmur
600 - 800 ₼
İşin Təsviri
Həyatınızı Dəyişmək Üçün Doğru Zamandır! Siz də yerinizdə saymaqdan yorulmusunuz? Arzularınızı reallığa çevirmək və yüksək gəlir əldə etmək istəyirsiniz? O zaman "Ashome Daşınmaz Əmlak" komandasına qoşulmağın tam vaxtıdır! Biz şəhərin ən dinamik və bol qazanclı sahəsində çalışacaq Daşınmaz Əmlak Vasitəçiləri (Xanımlar və Bəylər) axtarırıq. Şirkətimiz Sizə Nələr Təklif Edir? İş prosesinizin rahat və məhsuldar olması üçün bütün texniki xərcləri biz qarşılayırıq: Tam Təchizat: İş üçün lazım olan bütün avadanlıqlar şirkət tərəfindən təmin olunur. Limitsiz Ünsiyyət: Korporativ nömrə, internet paketi və danışıq dəqiqələri tamamilə şirkət hesabına! Yüksək Gəlir: Sizin enerjiniz + bizim dəstəyimiz = Maksimum qazanc. Namizədə Dair Tələblərimiz: Yaş həddi: 18 – 30 yaş arası. Xarici görünüş: Səliqəli, xoş görkəmli və gülərüz. Biliklər: Normal səviyyədə kompüter bacarığı. Şəxsi keyfiyyətlər: Məsuliyyətli, intizamlı və hədəf yönümlü. İş Haqqında Məlumat: Müştəri bazası ilə iş və yeni elanların yerləşdirilməsi. Daşınmaz əmlakın təqdimatının keçirilməsi. Alqı-satqı və kirayə proseslərində peşəkar vasitəçilik. Bu iş tam SİZLİKDİR! Heç bir xərc çəkmədən, sadəcə öz istedadınız və bizim dəstəyimizlə karyeranızı qurun.
Öhdəliklər
Yeni müştərilərin axtarışı, əlaqələrin qurulması və aktiv satışın təşkili (zəng, görüş, təqdimat)

Müştəri ehtiyaclarının müəyyən edilməsi, obyekt üzrə ilkin analiz və uyğun həllin təklif olunması

Xidmətlərin korporativ və fərdi müştərilərə təqdimatı (demo/təqdimat)

Kommersiya təkliflərinin hazırlanması, qiymət razılaşmaları və müqavilə prosesində iştirak

Görüşlərin təşkili və satış prosesinin ilkin əlaqədən müqavilə bağlanmasına qədər idarə olunması

Mövcud müştəri bazası ilə işləmək, təkrar satış və servis yönümlü təkliflərin verilməsi

Aylıq satış planının yerinə yetirilməsi və nəticələrin rəhbərliyə qısa hesabatı

Müştəri bazasının formalaşdırılması və CRM sistemində düzgün qeydiyyat/yenilənmə.
Tələblər
Kollektivlə işləmə bacarığı – Komanda ilə mehriban və səmərəli şəkildə işləmək, iş mühitində qarşılıqlı hörmət və anlayışı qorumaq. 

Disiplinli olmaq – İşə məsuliyyətlə yanaşmaq, verilən tapşırıqları diqqətlə və vaxtında yerinə yetirmək. 

Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək – İş prosesində rəhbər şəxsin verdiyi göstəriş və tapşırıqları gecikdirmədən, məsuliyyətlə və dəqiq şəkildə yerinə yetirmək. 

Məsuliyyət və diqqətlilik – Hər bir işə ciddi yanaşmaq, tapşırıqları düzgün və keyfiyyətli şəkildə icra etmək. 

İşə peşəkar yanaşma – İş mühitində nizam-intizamı qorumaq, etik qaydalara riayət etmək və özünü inkişaf etdirməyə çalışmaq. 

Bu prinsiplərə əməl edən əməkdaş həm kollektivdə, həm də iş fəaliyyətində daha uğurlu və etibarlı olur. 
Oxşar vakansiyalar
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Briqada başçısı
Bakı