Avtomobil Qəbulçusu - Formen

Bakı
Tam ştat
104
0
Sürücü
1 ildən 3 ilə qədər
600 - 700 ₼
İşin Təsviri
İş qrafiki: 09:00-18:00 və 12:00-21:00 (növbəli iş rejimi)

Nahar şirkət tərəfindən təmin edilir

İş rejimi: Həftədə 6 gün, istirahət günü həftə içi günlərdən biri

Ünvan: Babək pr., M.H.Kazımov küç., 8

Əmək haqqı: 600 AZN (sabit)

Şirkət: Radius Təkər Mərkəzi

Müraciət qaydası: Namizədlərdən CV formalarını mövzu hissəsinə “Avtomobil qəbulçusu” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
- Servis ustalarının vəzifə öhdəliklərini icra etməsinə, görülən işlərin keyfiyyətinə və vaxtında yekunlaşdırılmasına nəzarət etmək

- Ustaların iş qrafikinə uyğunluğunu tənzimləmək və izləmək

- Müştəri avtomobillərinin servis zonasına daxil edilməsini və çıxarılmasını təmin etmək

- Təmir prosesində yaranan problemlər barədə dərhal satış şöbəsinə və sifarişçiyə məlumat vermək

- İş prosesinin fasiləsiz davam etməsi üçün zəruri maddi-texniki və informasiya təminatını yoxlamaq, yarana biləcək qəza və ya dayanmaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək

- İstifadə olunan sərfiyyat materiallarının uçotunu aparmaq və xərclərinə nəzarət etmək

- İş kartlarının düzgün və vaxtında doldurulmasını həyata keçirmək

- Avadanlıqların səmərəli istifadəsini təmin etmək, əmək məhsuldarlığının artırılması və resurslara qənaət edilməsi ilə bağlı təkliflər hazırlamaq

- İş sahəsinin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək

- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, sanitariya-gigiyena qaydalarına, eləcə də daxili intizam qaydalarına və kommersiya sirrinin qorunması tələblərinə ciddi riayət etmək.
Tələblər
- Namizəd: kişi
- Yaş aralığı: 20-35 yaş
- Təhsil: orta təhsil
- Müştəri xidmətləri sahəsində minimum 3 illik peşəkar iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili biliyi üstünlükdür)
- Sürücülük vəsiqəsi: BC kateqoriyası (mexaniki və avtomat ötürücü qutuları idarə etmək bacarığı ilə birlikdə azı 3 il sürücülük təcrübəsi)
- Bakı şəhərində qeydiyyatda olmaq
- Şəxsi keyfiyyətlər: yüksək məsuliyyət hissi, ciddilik, punktuallıq, diqqətcillik, ünsiyyətcil və çalışqan
- Komanda ilə işləmə bacarığına sahib olmaq
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Avtokar sürücüsü
Bakı
Tam ştat
Sürücü
Bakı
Tam ştat
Sürücü
Bakı
Tam ştat
Sürücü
Kəlbəcər
SVG
SVG
SVG