- Mətbəx fəaliyyətinin düzgün təşkili və proseslərə nəzarət edilməsi.
- Müştərilərə təqdim olunan yemək və qida məhsullarının keyfiyyətinə, dadına nəzarət və yekun təsdiqin verilməsi.
- Kadrların idarə olunması: heyətin seçilməsi, vəzifələrin bölgüsü, iş tempinin tənzimlənməsi, təlimləndirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsi.
- İş qrafikinin və növbələrin planlaşdırılması.
- Heyətin tibbi müayinələrdən vaxtında keçməsinə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət.
- Resepturalara, xammalın istifadə texnologiyasına, yarımfabrikatların və hazır məhsulların istehsal keyfiyyətinə ciddi nəzarət.
- İstehsal üçün zəruri olan xammalın, yarımfabrikatların, qablaşdırma və digər köməkçi vasitələrin sifarişi və qəbulu.
- Xammalın keyfiyyətinin yoxlanılması, sərfiyyat normalarına nəzarət, qalıqların idarə olunması, tullantı faizinin və silinmə normalarının təhlili.
- Qida məhsullarının saxlanılma şəraitinə və yararlılıq müddətlərinə riayət edilməsi.
- Mətbəx avadanlıqlarının və inventarlarının texniki istismar qaydalarına uyğun istifadəsinin təmin edilməsi.
- Mal-material ehtiyatlarının idarə olunması, inventarizasiyanın keçirilməsi və nəticələr üzrə hesabatlılıq.
- Növbəli iş rejimində qəbul-təhvil proseslərinin, iş yerlərinin, avadanlıq və inventarların təmizlik, dezinfeksiya işlərinin təşkili və icrasına nəzarət.
- İstehsalat göstəricilərinin təhlili və iş keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması.
- Menyunun tərtib edilməsi.