Korporativ Satış Meneceri (B2B Sales Manager)

Bakı
Tam ştat
14
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
600 - 2 500 ₼
İşin Təsviri
Namizədlər üçün üstünlüklər:

İT avadanlıqları, ofis texnikası, elektronika və təchizat sahələrində iş təcrübəsi;

Dövlət və özəl sektor müəssisələri ilə əməkdaşlıq təcrübəsi;

Satış sahəsində mövcud korporativ müştəri bazasının olması.

Şirkət tərəfindən təklif olunanlar:

Rəsmi əmək qanunvericiliyinə uyğun məşğulluq;

Karyera yüksəlişi perspektivləri;

Stabil əməkhaqqı və satış nəticələrinə uyğun bonus təminatı;

Peşəkar və inkişafyönümlü iş şəraiti.

Qeyd:

Vəzifə öhdəlikləri yalnız daxil olan müraciətlərin idarə olunması ilə məhdudlaşmır, həmçinin yeni müştərilərin aktiv şəkildə cəlb edilməsini və satış göstəricilərinin yüksəldilməsini əhatə edir.
Öhdəliklər
Yeni korporativ müştərilərin tapılması və şirkətə cəlb edilməsi;

Müştəri tələbatlarının təhlil olunması və onlara uyğun məhsul və ya xidmətlərin tövsiyə edilməsi;

Kommersiya təkliflərinin tərtib olunması və təqdimatı;

Korporativ tərəfdaşlarla birbaşa görüşlərin təşkil edilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi;

Satış dövrünün əvvəldən sonadək tam nəzarətdə saxlanılması və idarə edilməsi;

Qoyulmuş satış hədəflərinə və KPI göstəricilərinə vaxtında çatılması;

Gündəlik edilən zənglər, keçirilən görüşlər və təqdim edilən təkliflər üzrə hesabatlılığın təmin olunması;

Müştəri sorğularının vaxtında və dolğun şəkildə cavablandırılması;

Satış fəaliyyətinin nəticələrinə dair aylıq hesabatların təqdim olunması.
Tələblər
Korporativ satış (B2B) istiqaməti üzrə azı 1 illik iş təcrübəsi;

Aktiv satış və potensial müştərilərin cəlb edilməsi bacarıqları;

İşgüzar yazışma və telefon danışıqları etiketini yüksək səviyyədə bilmək;

Kommersiya təkliflərinin tərtib olunması və uğurla təqdim edilməsi;

Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qabiliyyəti;

MS Office proqram təminatından sərbəst istifadə etmək bacarığı;

Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti;

Məsuliyyətli, təşəbbüskar və nəticəyə fokuslanan iş yanaşması;

Satış hədəfləri, aylıq planlar və KPI göstəriciləri ilə işləmək təcrübəsi;

Satış hədəflərinə çatmaq üçün daim aktiv və təsirli fəaliyyət göstərmək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG