Ünvan: Bakı şəhəri, Azadlıq prospekti, 28 May metrostansiyası yaxınlığı, Nəsimi rayon Polis İdarəsi ilə üzbəüz.
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək.
Şənbə, bazar və rəsmi bayram günləri qeyri-iş günləridir.
Öhdəliklər
1C 8.3 mühasibatlıq proqramında, həmçinin e-gov.az, new-taxes.gov.az və depozit hesabı kimi müvafiq portallarda müstəqil işləmək bacarığı tələb olunur. Vergi və mühasibat uçotu sahəsində təcrübəli, dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması və göndərilməsi prosesini sərbəst şəkildə yerinə yetirə bilən mühasib axtarılır.
Namizədlərin Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu ixtisasları üzrə ali təhsilli olmaları mütləqdir.