Vizart şirkəti Azərbaycanda tibbi avadanlıqların və məmulatların rəsmi distribütoru kimi fəaliyyət göstərir. Biz sadəcə satış həyata keçirmirik, oftalmologiya sektorunda müştərilərimizə tam spektrli kompleks həllər təqdim edirik. Fəaliyyətimizə oftalmoloji kabinetlərin bütün zəruri avadanlıqlarla təchizatı, oftalmoloji məhsulların, kontakt linzaların və onlara qulluq üçün vasitələrin, habelə tonometr, qlükometr, nebulayzer və termometr kimi ölçü cihazlarının satışı daxildir. Müştəri tələbatını tam qarşılamaq üçün məhsul çeşidimizi hər il daim genişləndiririk.
Vəzifənin məqsədi: Təhkim olunmuş zonada tibbi avadanlıq və məmulatların uğurlu təqdimatını həyata keçirmək, satış rəqəmlərini yüksəltmək və geniş müştəri bazası formalaşdırmaqdır.
Məhsul çeşidi: Dünyanın aparıcı brendlərinin yüksək keyfiyyətli oftalmoloji avadanlıqları, intraokulyar linzalar (İOL) və müxtəlif sərfiyyat materialları.
Vəzifə: Əsas müştərilərlə iş üzrə menecer / KAM (Oftalmoloji cərrahiyyə istiqaməti)
- Əməkhaqqı: 1000 AZN sabit maaş + KPI hədəflərinə əsaslanan motivasiyaedici bonuslar;
- İş rejimi: 09:00 – 18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
- İş yeri: Bakı şəhəri, TEAM Plaza (müasir ofis şəraiti);
- Texniki dəstək: İş prosesində mobilliyi təmin etmək üçün planşet ilə təminat;
- İnkişaf: Şirkətin məhsulları və texnologiyaları haqqında ilkin təlimlər və mütəmadi peşəkar inkişaf kursları;
- Ezamiyyətlər: Ay ərzində 1-2 dəfə ezamiyyətə getmək imkanı.
Müraciət üçün: CV-nizi
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.