Satış şöbəsinin rəhbəri (Mikrocərrahiyyə istiqaməti)

Bakı
Tam ştat
5
0
Tibb təmsilçisi
3 ildən 5 ilə qədər
1 500 ₼
İşin Təsviri
Vizart şirkəti Azərbaycanda tibbi avadanlıq və məmulatların satışı üzrə ixtisaslaşmış rəsmi distribütor olaraq fəaliyyət göstərir. İş prinsipimiz kompleks yanaşmaya əsaslanır. Biz sadəcə avadanlıq və sərfiyyat materialları təqdim etmir, oftalmologiya kabinetləri üçün tam spektrli həllər təklif edirik. Şirkətimizin məhsul çeşidlərinə oftalmoloji məmulatlar, kontakt linzalar, onlara qulluq məhsulları, həmçinin tonometrlər, qlükometrlər, nebulayzerlər və termometrlər kimi ölçü cihazları daxildir. Müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq üçün hər il portfelimizi daim yeniləyir və genişləndiririk.

Vəzifə öhdəliyi: Təhkim olunan ərazidə (tibb mərkəzləri, xəstəxanalar və klinikalar) göz mikrocərrahiyyəsi sahəsindəki məhsulların uğurlu tanıdılması və satış həcminin davamlı artırılması.

Məhsul çeşidi: Beynəlxalq brendlərin istehsalı olan intraokulyar linzalar (İOL), mikrocərrahiyyə üçün nəzərdə tutulmuş avadanlıqlar və sərfiyyat materialları.

Şərtlər:
• Əməkhaqqı: 1500 AZN sabit əməkhaqqı və şəffaf KPI bonus sistemi;
• İş rejimi: 09:00 – 18:00;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
• İş yeri: Bakı şəhəri, TEAM Plaza (müasir ofis şəraiti);
• İnkişaf: Məhsul üzrə peşəkar təlimlər və daimi dəstək;
• Ezamiyyət: Ayda 1-2 dəfə ezamiyyə imkanı.

Əlaqə: CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Öhdəliklər
• Satış proseslərinin idarə edilməsi: aylıq, rüblük və illik planların hazırlanması, SMART metodologiyası əsasında hədəflərin müəyyənləşdirilməsi, KPI göstəricilərinə nəzarət və onların icrasının təmin olunması;

• Komanda rəhbərliyi: satış menecerlərinin effektiv idarə olunması, həftəlik satış analizlərinin aparılması, əməkdaşların peşəkar inkişafı və təlim proseslərinin təşkili;

• Qərar qəbul edən şəxslərlə (QPR) iş: klinika rəhbərləri, baş həkimlər və aparıcı oftalmoloq-cərrahlarla yüksək səviyyəli danışıqların aparılması;

• Sahə işləri: uzunmüddətli əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə tibb müəssisələrinə birbaşa vizitlərin həyata keçirilməsi;

• Texniki marketinq fəaliyyətləri: tibbi avadanlıqların təqdimatlarının keçirilməsi, kommersiya təkliflərinin hazırlanması, həmçinin sahəvi sərgi və konfranslarda aktiv iştirak;

• Sistemli idarəetmə: CRM (Bitrix 24) sisteminin tətbiqi və istifadəsinə nəzarət, bazarın və rəqiblərin fəaliyyətinin təhlili, CEO-ya mütəmadi hesabatların təqdim olunması.
Tələblər
- Rus dilini səlis səviyyədə bilmək mütləqdir, ingilis dili bilikləri isə əlavə üstünlük kimi qiymətləndirilir;
- Oftalmologiya sektorunda (İOL və tibbi avadanlıqlar üzrə) satış rəhbəri kimi 2 ildən 5 ilə qədər peşəkar iş təcrübəsi;
- Tibbi avadanlıqların birbaşa B2B satışında ən azı 2 illik təcrübə;
- Katarakta cərrahiyyəsi bazarı haqqında məlumatlılıq, cərrahlar və tibb müəssisələrinin rəhbərləri ilə işləmək, eləcə də satış texnikalarına bələdlik;
- Tibbi təhsilin olması arzuolunandır;
- Güclü ünsiyyət qurma, inandırma qabiliyyəti və uzunmüddətli işgüzar əlaqələr formalaşdırmaq bacarığı.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG