Xaricdə təhsil almağı hədəfləyən tələbə və valideynlərə ölkə seçimi, ali təhsil müəssisələri, tədris proqramları və təqaüd fürsətləri ilə bağlı ətraflı məsləhət xidmətinin göstərilməsi;
Tələbələrin akademik göstəricilərini və maliyyə imkanlarını nəzərə alaraq, onlara uyğun universitet və ixtisas seçimində bələdçilik edilməsi;
Universitetlərə müraciət prosesinin idarə edilməsi, habelə tələb olunan sənədlərin (CV, motivasiya və tövsiyə məktubları və s.) hazırlanmasına texniki dəstəyin göstərilməsi;
Viza prosedurları haqqında məlumatın verilməsi, müraciət prosesinin izlənilməsi və sənədlərin tamlığına nəzarət edilməsi;
Şirkətin tərəfdaşı olan xarici ali təhsil müəssisələri ilə rəsmi yazışmaların aparılması və mütəmadi əlaqənin təmin edilməsi;
Potensial müştəri bazasının formalaşdırılması, qeydiyyatın aparılması və müraciətlərin davamlı olaraq izlənilməsi (follow-up).