Xaricdə təhsil üzrə ekspert (Konsultant)

Bakı
Tam ştat
81
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
2 000 - 2 300 ₼
İşin Təsviri
Xaricdə təhsil almağı hədəfləyən tələbə və valideynlərə ölkə seçimi, ali təhsil müəssisələri, tədris proqramları və təqaüd fürsətləri ilə bağlı ətraflı məsləhət xidmətinin göstərilməsi;

Tələbələrin akademik göstəricilərini və maliyyə imkanlarını nəzərə alaraq, onlara uyğun universitet və ixtisas seçimində bələdçilik edilməsi;

Universitetlərə müraciət prosesinin idarə edilməsi, habelə tələb olunan sənədlərin (CV, motivasiya və tövsiyə məktubları və s.) hazırlanmasına texniki dəstəyin göstərilməsi;

Viza prosedurları haqqında məlumatın verilməsi, müraciət prosesinin izlənilməsi və sənədlərin tamlığına nəzarət edilməsi;

Şirkətin tərəfdaşı olan xarici ali təhsil müəssisələri ilə rəsmi yazışmaların aparılması və mütəmadi əlaqənin təmin edilməsi;

Potensial müştəri bazasının formalaşdırılması, qeydiyyatın aparılması və müraciətlərin davamlı olaraq izlənilməsi (follow-up).
Öhdəliklər
Sizə nə təklif edirik?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi ilə işlə təmin olunma;

İş performansına uyğun şəkildə hesablanan yüksək motivasiyaedici bonus sistemi;

Dostyana və peşəkar iş mühitində karyera imkanları;

Xarici ali təhsil müəssisələrinin təşkil etdiyi təlimlərdə və məlumat turlarında iştirak etmək imkanı.
Tələblər
Təhsil: Ali təhsil (xarici ölkə universitetlərinin məzunlarına üstünlük verilir);

Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti, ingilis dili üzrə minimum B2 səviyyəsi;

Çin və ya ərəb dili bilikləri əlavə üstünlük kimi qiymətləndiriləcəkdir;

Təcrübə: Xaricdə təhsil sahəsində azı 3 illik peşəkar iş stajı;

Avropa, Amerika, Böyük Britaniya və Türkiyənin təhsil sistemləri, habelə viza qaydaları haqqında ətraflı məlumatlılıq;

Ünsiyyətcil, punktual, müştəri məmnuniyyətinə köklənmiş və yüksək təqdimat bacarıqlarına sahib olmaq;

Gərgin iş rejimində işləmək, stressə davamlılıq və komanda daxilində effektiv əməkdaşlıq bacarıqları.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış Məsləhətçisi
Bakı
SVG
SVG
SVG