Menecer

Bakı
Tam ştat
5
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
600 - 2 000 ₼
İşin Təsviri
Beynəlxalq təhsil sektorunda karyerasını qurmaq, xarici tərəfdaşlar və tələbələrlə aktiv ünsiyyətdə olmaq, həmçinin dayanıqlı şirkət mühitində peşəkar kimi inkişaf etmək arzusunda olan məsuliyyətli, kommunikativ və təşkilatçı namizədləri komandamıza dəvət edirik.

İngilis dili bilən Menecer

Sizə təklif etdiklərimiz:

- komfortlu ofis şəraiti;

- iş rejimi: bazar ertəsi - cümə, 09:00-dan 18:00-dək (nahar fasiləsi: 13:00–14:00);

- stabil əməkhaqqı və əlavə bonus sistemi;

- fəaliyyətə başladığınız ilk gündən etibarən mütəmadi təlim və dəstək;

- mehriban və səmimi işçi heyəti;

- beynəlxalq təhsil istiqamətində yüksəliş perspektivləri;

- təhsil seminarları və sərgilərində iştirak məqsədilə xaricə ezamiyyətlər; səfər xərclərinin tam şəkildə şirkət tərəfindən qarşılanması.

Fəaliyyətimiz yalnız beynəlxalq təhsil və tələbələrin rəsmi müşayiəti sahəsini əhatə edir.

CV-nizi bu ünvana göndərə bilərsiniz: [email protected]
Öhdəliklər
- xarici tələbələrlə ingilis dilində e-poçt, messencer və telefon vasitəsilə mütəmadi əlaqə saxlamaq;

- tələbələrə qəbul qaydaları, təhsil prosesi və tələb olunan sənədlərlə bağlı ətraflı məlumatlandırma aparmaq;

- xarici tərəfdaşlar və təhsil agentlikləri ilə işgüzar münasibətləri idarə etmək;

- tələbə müraciətlərini qəbul etmək, sənədləşmə işlərini aparmaq və müraciət prosesini izləmək;

- ali təhsil müəssisələri və tərəfdaşlarla birgə qəbul prosedurunu əlaqələndirmək.
Tələblər
- ingilis dili biliyi: Upper-Intermediate və ya Advanced səviyyəsi;
- MS Office proqramları (xüsusilə Word və Excel) üzrə yüksək səviyyədə kompüter bacarıqları;
- yüksək məsuliyyət hissi, detallara qarşı diqqətlilik və effektiv ünsiyyət qabiliyyəti;
- rəsmi sənədlərlə, elektron poçt və müxtəlif mesencerlər vasitəsilə işləmək bacarığı;
- müştəri xidmətləri sahəsində təcrübənin olması arzuolunandır, lakin mütləq deyildir.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Menecer
Sumqayıt
Tam ştat
Menecer
Bakı
Tam ştat
Menecer
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış Meneceri
Bakı
SVG
SVG
SVG