- Şirkətə məxsus avtoyükləyicinin təhlükəsizlik qaydalarına uyğun olaraq düzgün idarə olunması;
- Bağ və anbar sahələrində alma və digər meyvə məhsullarının yüklənməsi, boşaldılması, habelə daşınması proseslərinin yerinə yetirilməsi;
- Məhsulların daşınma zamanı zədələnməsinin qarşısının alınması və itkisiz şəkildə təyin edilmiş nöqtələrə çatdırılması;
- Anbar daxilində məhsulların düzgün və səliqəli şəkildə yerləşdirilməsinə köməklik göstərilməsi;
- Avtoyükləyicinin gündəlik texniki sazlığının nəzarətdə saxlanılması və aşkar olunmuş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
- Yükləmə-boşaltma əməliyyatları icra olunarkən texniki təhlükəsizlik normalarına ciddi riayət edilməsi;
- Yanacaq və digər zəruri istismar materiallarının təyinatı üzrə və səmərəli istifadə edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan işlərin tələb olunan keyfiyyət və vaxt çərçivəsində icra olunması.