Sürücü (Avtoyükləyici üzrə)

Qusar
Tam ştat
7
0
Sürücü
1 ildən 3 ilə qədər
650 - 700 ₼
İşin Təsviri
Avtoyükləyici sürücüsü

İşəgötürən: GF Company MMC

İş yeri: Qusar rayonu, Kuzun-Qışlaq kəndi

Əməkhaqqı: 700 AZN

İş rejimi: 6 günlük iş qrafiki (tam ştat)
Öhdəliklər
- Şirkətə məxsus avtoyükləyicinin təhlükəsizlik qaydalarına uyğun olaraq düzgün idarə olunması;

- Bağ və anbar sahələrində alma və digər meyvə məhsullarının yüklənməsi, boşaldılması, habelə daşınması proseslərinin yerinə yetirilməsi;

- Məhsulların daşınma zamanı zədələnməsinin qarşısının alınması və itkisiz şəkildə təyin edilmiş nöqtələrə çatdırılması;

- Anbar daxilində məhsulların düzgün və səliqəli şəkildə yerləşdirilməsinə köməklik göstərilməsi;

- Avtoyükləyicinin gündəlik texniki sazlığının nəzarətdə saxlanılması və aşkar olunmuş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi;

- Yükləmə-boşaltma əməliyyatları icra olunarkən texniki təhlükəsizlik normalarına ciddi riayət edilməsi;

- Yanacaq və digər zəruri istismar materiallarının təyinatı üzrə və səmərəli istifadə edilməsi;

- Rəhbərlik tərəfindən tapşırılan işlərin tələb olunan keyfiyyət və vaxt çərçivəsində icra olunması.
Tələblər
Avtoyükləyici sürücüsü kimi ən azı 1 illik peşəkar iş təcrübəsi;

İş stajı: minimum 1 il

Təhsil: Tam orta təhsil

· Avtoyükləyicini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və ya xüsusi icazə sənədi;

· Anbar və ya kənd təsərrüfatı sektorunda çalışma təcrübəsi arzuolunandır;

· İntizamlı, məsuliyyətli və işində diqqətcil olmaq;

· Fiziki sağlamlıq və işin tələb etdiyi fiziki yükə dözümlülük.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Avtokar sürücüsü
Bakı
Tam ştat
Sürücü
Bakı
SVG
SVG
SVG